Burak Yılmaz futbolla vidalaşdı: "Mən də elə vidalaşmaq istədim, qismət olmadı"

img

05-06-2023 [17:21]


Türkiyə futbolunun ən önəmli qolçularından olan Burak Yılmaz aktiv futbolçu karyerasını başa vurub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat veirb.

İnternetdən vidalaşmaq qərarını paylaşmağı qüruruna sığışdırmadığını deyən Burak bildirib ki, bu cür vidalaşmaq ürəyincə olmazdı: "Bunun karyerama yaraşmayacağını düşündüm. Hər zaman üz-üzə ünsiyyətə üstünlük verirəm. Bu gün karyeramı bitirdiyimi bildirmək istəyirəm".

O, İbrahimoviçin dünən "Milan"la stadionda mərasimlə karyerasına son verdiyii yada salan Burak Yılmaz bildirib ki, belə vida ona nəsib  olmayıb: "Dünyanın ən böyük futbolçularından biri dünən axşam stadionda aktiv futbolla onunla vidalaşdı. Mən də elə vidalaşmaq istədim, amma qismətim olmadı. Əslində, çox xoşbəxtəm, çox qürurluyam. Düşünürəm ki, belə bir karyera, belə bir futbol həyatı hər bir gəncin arzusudur. Allaha şükür edirəm ki, bu arzularımı reallaşdırmaq imkanını mənə verdi. Türkiyənin 4 böyük klubunda oynadım, Avropada oynadım, belə uğur hər futbolçuya nəsib olmur..."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR