Pirallahıda oğurluq: 3 nəfər tutuldu

img

05-06-2023 [10:35]


Paytaxtın Pirallahı rayonunda evdən 10 450 manatlıq oğurluq edilib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verr ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR