Rusiyanın itkiləri artır - MN açıqladı

img

05-06-2023 [09:57]


Ötən ilin fevral ayında Ukraynaya hücum edən Rusiyanın ordusunun bu günədək itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bu gündək gedən döyüşlərdə Rusiyanın bu günədək 210 350 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 3848  tankı, 7523 zirehli döyüş texnika, 3567 artilleriya sistemi, 584 reaktiv yaylım atəş sistemi, 349 hava hücumundan müdafiə sistemi, 313 təyyarə, 299 helikopter, 1137 qanadlı raket, 6312 nəqliyyat vasitəsi və avtoçən, 18 gəmi-kateri, 3189 PUA və 484 xüsusi texnikası məhv edilib".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR