Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfər dəvət edib

img

04-06-2023 [16:26]


Xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.

Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazir Hakan Fidan ölkəmizə səfərə dəvət olunub.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA