"Naxçıvanın insanlarına, təbiətinə heyran qalmamaq mümkün deyil" - Əməkdar artist
03-06-2023 [15:56]
Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Elnur Zeynalov bu günlərdə Naxçıvan Muxtar Respublikasına səfər edib.
Mia.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a məlumat verən Əməkdar artist bildirib ki, qədim Naxçıvan torpağında maraqlı görüşlərdə iştirak edib.
“Yaradıcılığımı izləyənlər yaxşı bilir ki, son illər tanınmış alim-şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı ilə maraqlı işbirliyimiz alınır" deyən E.Zeynalov M.Nağıqızının bir neçə şeirinə mahnı bəstələdiyini və həmin mahnıların tamaşaçılar tərəfindən sevildiyini bildiirib. Dediyinə görə, Naxçıvana professor Mahirə Nağıqızının rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gedib.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin dəvəti ilə reallaşan bu səfər zamanı çox maraqlı, unudulmaz tədbirlər olub. Naxçıvan Dövlət Universitetində professor Mahirə Nağıqızı ilə tələbə və müəllim heyətinin görüşü keçirilib: "Bu ali təhsil ocağında Mahirə Nağıqızının sözlərinə yazılmış mahnılardan ibarət konsert də təşkil olundu, bəstələdiyim və ifa etdiyim həmin mahnıları tamaşaçılar alqışlarla qarşıladılar. Həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında “Naxçıvan” Universitetinin rektoru Anar Kazımovun təşkilatçılığı ilə “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda keçirilən respublika konfransının bədii hissəsində səhnəyə dəvət olunaraq Mahirə xanımın sözlərinə bəstələdiyim iki mahnını ifa etdim”.
Səhnəmizin “Məcnun”u Muxtar Respublikanın tarixi yerlərini, mənzərəli təbiətini də seyr etmək imkanı qazanıb, xoş təəssüratla qayıdıb: “Azərbaycanımızın bütün bölgələrində olmuşam, amma Naxçıvana yolum heç düşməmişdi, görünür, bu dəfəyə qismət imiş. Naxçıvan şəhərində, Ordubad rayonunda olan tarixi məkanları ziyarət etdim, Batabatın gözəlliyini gördüm. Hər yerdə sakinlər bizi səmimiyyətlə, gülər üzlə, qonaqpərvərliklə qarşılayırdı. Qədim Naxçıvanımızın insanlarına və füsunkar təbiətinə heyran qalmamaq mümkün deyil. Fürsətdən istifadə edib səfərimizi yüksək səviyyədə təşkil etdiyinə görə professor Mahirə Nağıqızına, rektor Elbrus İsayev başda olmaqla Naxçıvan Dövlət Universitetinin kollektivinə, "Naxçıvan" Universitetinin rektoru Anar Kazımova, Muxtar Respublikanın bütün sakinlərinə minnətdarlığımı bildirirəm”.
Mia.az
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO