Tehranın casusluq oyunu və ya... - Azərbaycanlı tələbə İranda niyə həbs olundu?
03-06-2023 [11:07]
Xəbər verdiyimiz kimi, 3 ay əvvəl İranda yoxa çıxan Azərbaycan vətəndaşı olan Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli adıçəkilən ölkədə casusluq ittihamı ilə həbs olunub.
Mia.az xəbər verir ki, Fərid Səfərli fevralın 20-də İrana səfərə getsə də, martın 4-dən etibarən ondan xəbər alınmayıb. Onunla bağlı müraciət isə Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib. Məhz çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notaya cavab olaraq, onun həbs olunduğunu, haqqında cinayət işi başladıldığını bildirib.
Fərid Səfərlinin casusluq kimi ağır bir ittihamla həbs edilməsi kimi onun İrana gəlişi də qeyri-adi və sirlidir.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, Fəridin Almaniyadan İrana gəlişi olduqca müəmmalıdır: "Belə ki, hər şey onun Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olması ilə başlayıb. Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Məhz bundan sonra Fərid İstanbuldan İrana gedib. Beləliklə o, həbs olunub. Hadisələrin inkişaf xətti və nəticəsi onu deməyə əsas ki, Fəridin tanış olduğu iranlı xanım SEPAH agentidir. İstanbulda görüşün baş tutmaması və iranlı xanımın vizasının alınmamasını hadisələrin kuliminasiya nöqtəsi hesab etmək olar. Mümkündür ki, Fərid elə İrana ayaq basdığı hava limanının ərazisində qəfil həbs edilib".
Politoloq deyir ki, İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması prinsip etibarilə ilk belə hal deyil: "Analoji hadisə 2008-ci ilin oktyabrında da baş vermişdi - azərbaycanlı alim Rəşid Əliyev həbsə atılmışdı. Rəşid Əliyev Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi olaraq İranın "Sazan Elektronics İndustry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə İrana qayıdıb. Lakin bu dəfə o, viza problemi bəhanə gətirilərək həbs edilir. Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb. Həbsdən azad olunduqdan sonra da R.Əliyev dəfələrlə hədələnmiş, hətta İranın Azərbaycandakı keçmiş səfiri M.Bəhrami açıq şəkildə onu Azərbaycan agenti adlandırmışdı. Rəşid Əliyev, Fərid Səfərli kimi nümunələr əslində çoxdur. Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. Mövcud İran-Azərbaycan gərginliyi fonunda bu ölkəyə səfərlər yeni Rəşid Əliyev, Fərid Səfərli kimi insidentlərin yaranmasına gətirib çıxara bilər".
T.Rzayev bildirib ki, son dövrlər Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması, səs-küylü həbslərin həyata keçirilməsi qarşı tərəfi öz mahiyyətinə uyğun əməllərə əl atmağa vadar edir: "İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turistik səfər edən bütün Azərbaycan vətəndaşına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə “azərbaycanlı casus” yaradıb, onu həbs etmək yoluna baş vurur. İran bununla həm də diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir. İran bu gün dünyada terrora dəstək verən ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları aktiv şəkildə fəaliyyət göstərir. İran bu strukturları Cənubi Qafqaza da tətbiq etmək istəyir.
Hesab edirəm, İrana səfərlər dövlət səviyyəsində rəsmən qadağan olunmalıdır. Belə ki, hazırda sərhədlərin bağlı olması səbəbi ilə bəzi vətəndaşlarımız İrana üçüncü ölkələr vasitəsilə səfər edirlər. Bu isə daha təhlükəlidir".
Politoloq iddia edir ki, məsələyə başqa bir aspektdən baxdıqda, hazırda dünyada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərlərinin qadağan olunması kimi nümunələr var: "Buna misal kimi, ABŞ və Yaponiyanın öz vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan etməsini göstərmək olar. Bu ölkələrdə müvafiq qadağanı pozan şəxslərin 5 ildən 10 ilə qədər həbs edilməsi təcrübəsi belə var. Biz də hələlik belə bir sərt qadağa olmasa da vətəndaşlarımız özü məsuliyyətini dərk etməlidir".
Samir MUSAYEV
MİA.AZ
Azərbaycan Kuboku: 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - İki kəndə hücumla bağlı sənədlər elan edilib
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"
Balıkəsirdə daha bir zəlzələ oldu - 4.5 bal gücündə
Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb
Meyxanaçı Balaəlinin 34 min manatlıq saatı - VİDEO
Qəzzada itkilər artıb
Bu bankların əmlakları hərraca çıxarıldı - SİYAHI + MƏBLƏĞ
Ağdərənin Həsənriz kəndinə daha 115 nəfər köçürüldü
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Sabah yağış yağacaq
Baş Qərargah rəisi Belarusa gedib
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi
CHP Ərdoğanın partiyasını qabaqlayır, MHP geriləyib - Sorğu
Avtomobilinə kvadrat nömrə arzulayan sürücülərin diqqətinə! - Qanunla belə almaq olur - VİDEO
"İki dəfə dünya çempionu olmuşam, bir səhvdir, etmişik" - Mayora hücum edən idmançılar hakim qarşısında
İctimai yerdə futbol oynayan uşaqların valideynləri cərimələnb
ChatGPT-lə bağlı yeniliklər olacaq
İlham Əliyev prokurorların beynəlxalq konfransının iştirakçılarına müraciət göndərib
2600 manat birdəfəlik müavinət necə veriləcək? - Deputatdan açıqlama
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
Bakının əsas mərkəzi yolları yenidən açıldı
ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 5 yaralı var
50 yaşlı keçmiş məhkum 64 yaşlı həmkəndlisini döyə-döyə öldürüb
Türkiyədə yenə zəlzələ olub
Oğuzda əməliyyat: ər, arvad, gəlin və oğul qandallandı - FOTO
Ali Koç getdi, yeni prezident seçildi - Komanda 10 nəfər qalan rəqibə qalib gələ bilmədi
Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO
Qəzzada qida çatışmazlığı: son 24 saatda daha 5 nəfər acından ölüb
Fələstin XİN: "Oxşar addımı ABŞ-dan da gözləyirk"