Ərdoğan and içdi, səlahiyyətinin icrasına başladı: Prezident Əliyev və birinci xanım mərasimdə - VİDEO / FOTOLAR (Yenilənib)

img

03-06-2023 [18:57]


Mayın 28-də keçirilən seçkilərdə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan 2028-ci ilə qədər davam edəcək səlahiyyət müddətinə rəsmən başlayır.

Mia.az xəbər verir ki, bu gün Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində and içib.

Bundan sonra Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə start verilib.

Mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Qazaxıstan prezidenti, Pakistan Baş naziri, Özbəkistan Prezidenti, NATO baş katibi, Venesuela prezidenti və daha bir neçə ölkənin dövlət və hökumət başçıları, o cümlədən Nikol Paşinyan da  qatılıblar.

Mərasimdə çıxış edən Ərdoğan kimliyindən aslı olmayaraq, 85 milyon xalqının tamamını qucaqlayacağını deyib: “Türkiyə siyasi tarixinin ən kritik seçkilərini geridə qoydu. 28 may tarixində millətimiz birinci turda yarımçıq qalan işini bitirmişdir. Millətimizin bizə və partiyamıza olan güvənini doğruldacağıq. Bir olaq, sevək, sevilək”. 

Onun çıxşı aşağıda videoda verilib.

***

Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən preziudent seçilməsi münasibətiylə bu gün saat 14.00-da and içəcək.

Mia.az xəbər verir ki,

Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən preziudent seçilməsi münasibətiylə bu gün saat 14.00-da and içəcək.

Mia.az xəbər verir ki, andiçmə mərasimi Türkiyə parlamentində keçiriləcək.

Məlumata görə, mərasimdə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Qətərə əmiri və digər ölkələrdən xarici qonaqlar iştirak edəcək.

Lamiyə

MİA.AZ

 

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR