Avropanın 4-cü ən böyük televiziya qülləsi 43 milyon dollar zərərlə satışa çıxarıldı: içində nələr yoxdur ki? - Qiymət (FOTOLAR)
02-06-2023 [16:16]
İstanbulun Büyükçekmece bölgəsində yerləşən Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi satışa çıxarılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 1998-ci ildə inşasına başlanan və 55 milyon dollara başa gələn qüllənin satış qiyməti heyrətamizdir.
Məlumata görə, qüllənn sahibi olan tikinti şirkətinin müflis olması və daha sonra borclarını ödəyə bilməməsi səbəbindən məhkəmə qərarı ilə hərrac yolu ilə satışa çıxarılıb: "Qüllə üçün ilkin olaraq 249 milyon 395 min 434 TL qiymət müəyyən edilib. Bu, hazırkı kursla təxminən 12 milyon dollar edir. Yəni 43 milyon dollar zərərlə satılır. Avqustun 1-dən etibarən hərraca start veriləcək".
Büyükçekmece Bələdiyyə sədrinin müavini Ömər Kazancı bildirib ki, televiziya qülləsinin bələdiyyə ilə hazırda həra hansı bir əlaqəsi yoxdur: "Bu, bələdiyyəmizdə aidiyyatı olmayan tikinti şirkətinə aid bir qüllədir".
Xatırladaq ki, teleqüllənin tikintisinə 1998-ci ildə başlanmış və 2008-ci ildə kobud tikintisi başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir. Qüllənin tikintisində 8 min kubmetr beton, 900 ton dəmir və 650 ton poladdan istifadə olunub. Büyükçekmece Bələdiyyəsi və Endem İnşaat A.Ş. A.Ş. tərəfindən inşa edilən televiziya qülləsi 55 milyon dollara başa gəlib.
Türkiyənin ilk televiziya qülləsi olan qüllə 230 metr hündürlüyü ilə Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi olma xüsusiyyətinə malikdir. Qüllədə 25 nəfərlik 2 lift var. Bu liftlər yerdən baxış terrasının yerləşdiyi əraziyə 60 saniyəyə qalxır. Qüllədə 450 nəfərlik fırlanan restoran, kruiz və qəbul mərtəbələri var.
Lamiyə Əhmədli
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"