600 nəfərlik Türkiyə Böyük Millət Məclisi: Baxçalı açılış etdi, Ərdoğan izlədi, Kılıçdaroğli alqışlandı - FOTOLAR

img

02-06-2023 [15:55]


Bu gün 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 28-ci dövr andiçmə mərasimində ilk andı MHP lideri Dövlət Baxçalı içib.

Mia.az NTV kanalına istinadla xəbər verir ki, parlamentin yeni tərkibdəki ilk andiçmə toplantısına Prezident Ərdoğanla yanaşı, CHP liuderi, bu dəfə deputat olmayan Kamal Kılıçdaroğlu da rəsmi qonaq kimi qatılıblar.

Məlumata görə, mərasimdən əvvəl Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop MHP lideri Dövlət Baxçalını qəbul edib. Şentop başqanlığı müvəqqəti olaraq Məclisin ən yaşlı üzvü Dövlət Baxçalıya təhvil verib.

Və beləliklə, iclası idarə edən Baxçalı Məclis sədrinin kreslosuna oturaraq açılış nitqi ilə çıxış edib. Baxçalı andın mətnini oxuduqdan sonra deputatları kürsüyə dəvət edib. Onlar bir-bir and içiblər...

İclasda diqqətçəkən əsas məqam Kamal Kılıçdarroğlunun zala girişi olub. O, Millət İttifaqının deputatları tərəfindən alqışlanıb, Babacanla səmimi görüşüb. 

Lamiyə Əhmədli

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR