Baxçalı Ərdoğanın vitse-prezidentlik təklifini rədd edib

img

02-06-2023 [14:35]


Mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gələn prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan yeni dövrü formalaşdırmaq üçün işlərini davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada kulislərdə prezident Ərdoğanın müttəfiq ortağı MHP lideri Dövlət Baxçalıya vitse-prezidentlik postunu təklifi etdiyi, lakin Baxçalının bu təklifi qəbul etmədiyi barədə söz-söhbətlər dolaşır.

Məlumata görə, Ərdoğan Baxçalıya bu təklifi ötən gün Beştəpədə qəbulda edib. 

Onu da qeyd edək ki, bu görüşlə bağlı detallar açıqlanmayıb. 

Xatırladaq ki, Ərdoğanın vitse-prezidentlik postlarının sayını 1-dən 5-ə qaldıracağı gözlənilir. İddiaya görə, o, bu postların 4-nə Cumhur İttifaqındakı partiya liderləri təyin ediləcək.

Lamiyə Əhmədli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR