Şəmkirdə ata-oğul küçədə ölümcül döyülüb

img

02-06-2023 [13:22]


Şəmkirdə ata-oğul küçədə döyülüb.

Məlumata görə, hadisə rayonun "Üç yol" adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri - 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA