Azərbaycan 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib

img

02-06-2023 [09:23]


Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, iyunun 1-də iclas çərçivəsində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib: "Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilən seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib. Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR