Marek Hamsik futbol karyerasına son verdi

img

01-06-2023 [12:12]


Marek Hamsik futbol karyerasına son verib.

Mia.az Türkiyə mətbuatına istinadıa xəbər verir ki, "Trabzonspor"un məşhur futbolçusu Marek Hamşik mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb. 

35 yaşlı futbolçu açıqlamasında  yolun sonuna doğru gəldiyini deyib: ""Trabzonspor" mənim son komandam olacaq və həftə sonu son ev oyununu oynayacağam".

Xatırladaq ki, "Napoli"də oynayarkən məşhurlaşan futbolçu karyerası boyunca  "Göteborq”, “Dalian”, “Breşiya”da çıxış edib.

Slovakiyalı ulduz bu komandaların heyətində ümumilikdə 709 oyunda 144 qol vurub, 112 məhsuldar ötürmə verib.

Fərid,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR