Karamollaoğlu Kılıçdaroğluna "sağ ol" dedi, Ərbakanın oğlunu xəyanətdə ittiham etdi

img

01-06-2023 [10:33]


Millət İttifaqının üzvü olan Səadət Partiyasının sədri Temel Karamollaoğlu partiya qərargahında brifinq keçirib.

Mia.az Türkiyə mətbuatalna istinadla xəbər verir ki, 28 may seçkilərndən sonra ilk dəfə jurnalistlərinin qarşısına çıxan Səadət Partiyasının sədri Karamollaoğlu seçki nəticələrinin ölkəyə uğurlar gətirməsini arzulayıb.

O bildiriib ki, Kamal Kılıçdaroğlu demək olar ki, hər iki səsdən birini alıb: "Kaş ki, nəticə fərqli olaydı. Biz əslində ədalətli seçki prosesi istəyirdik. Amma təəssüf ki, bunların heç biri olmadı. Prezidentliyə namizədimiz Kamal bəyə təşəkkür edirəm. O qədər yalanlara və böhtanlara rəğmən, sakitliyini qoruyan cənab Kamal Kılıçdaroğlunu səmimi səylərinə, tutduğu mövqeyə görə iki seçicidən az qala birinin səsini almağı bacardığına görə təbrik edirəm”.

Sualları cavablandıran Karamollağlu bildirib ki, heç vaxt süni çıxışlar etməyib, belə davrananları da qəbul etməyib: "Bilirsiniz, mərhum baş nazirimizi Nəcməddin Ərbakan hocamız Səadət Partiyasının başqanı olaraq rəhmətə getdi. Ondan sonra təəssüf ki, övladları qalan etibara birbaşa xəyanət etdi. Biz Ərbakan hocamızın övladlar ilə bir yerdıə olmaq üçün çaba göstərdik, olmadı. Təfərrüatlara girməyəcəm, istəmirəm. Amma onlar bir çox mövzulada atalarına xəyanət edən AK Partiyaya gedib, onlarla birlikdə hərəkət etdilər. Bildirirəm ki, Ərbakan hocamızın sözlərini əzbərləyib efirlərdə səsləndirmək onun yolunda yürümək deyil".

Xatırladaq ki, Ərbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan seçkidə ərdoğan dəstəkləyib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR