Vaxtı ilə Dəniz Baykala cəmi 40 səslə uduzan Sarıgül "6-lı Masa" liderlərini "vurdu", İmamoğluna mesaj verdi: "Mənim səhvimi etmə!"

img

01-06-2023 [09:41]


36 ildən sonra millət vəkili seçilən CHP-nin  siyahsı ilə Ərzincandan millət vəkili seçilən Türkiyə Dəyişim Partiyasının sədri Mustafa Sarıgül Halk TV-də canlı yayımda gündəmlə bağlı açıqlamalar verib.

Mia.az xəbər verir ki, vaxtı ilə CHP-də təmsil olunan və hətta sədr postunun bir addımlığından geri dönən Mustafa Sarıgül hazırda keçmiş partiyasında yaşananlar barədə sualları cavablandırıb.

O, prezident seçkilərində məğlub olan Kamal Kılıçdaroğlunun CHP sədrliyindəki postuna adı daha çox iddialı kimi hallanan Əkrəm İmamoğluya məsləhət verib: "Xatırlayırsınızsa, mən də keçmişdə vaxtından əvvəl hərəkət etdim. Bəli, mən Sarıgül səhv etməməli idim. Ancaq  tələsik hərəkət edərək CHP sədrliyinə iddiamı qoydum. Əgər bir az sonra sonra çıxsaydım... Təcrübəsizlik....

Bilirsiniz, mən cəmi 40 səslə rəhmətlik Dəniz Baykala uduzdum. İndi İmamoğlu o vaxt mənim etdiyim səhvi etməməlidir. Dediyim kimi, o gün deyil, növbəti qurultayda Baykalın qarşısına çıxsaydım, hər şey fərqli olacaqdı. İmamoğlu da səbrlə zamanını gözləməlidir".

Həm 14 may, həm də 28 mayda keçirilən seçkilərə toxunan Sarıgül deyib ki, Kılıçdaroğlu bu seçkidə səs itirməyib: "Sadəcə, biz onu qazandıra bilmədik. Yazıqlar olsun bizə. Mən təfərrüatlara varmaq istəmirəm. Niyə "6-lı Masa" liderləri bir-bir çıxıb mitinq keçirmədilər? Meral xanım təkbaşına dolaşırdı. Akşenerdən başqa kimsə meydanda olmadı, hörmətli Kılıçdaroğlu meydan tək qaldı. Mayın 14-dən sonra da psixoloji üstünlüyü itirdik. İlk raundda məğlub olan hökumət idi, ancaq biz bunun meydana daşıya, xalqın beyninə yeridə bilmədik".

M.Sarıgül onu deyib ki, seçk məntəqələrində müşahidəçilərlə tam təmsil oluna bilməmələri də nəticəyə təsir edib: "Baxın, mənikm seçildiyim Ərzincanda biz məntəqələrin 15 faizinə nəzarət edə bilmədik, oradan heç bir imzalı protokolları zamanında götürə bilmədik. Çünki müşahidəçilərimiz yox idi. Orada təxminən 3800 səsimiz getdi. Əminəm, digər şəhərlərdə də belə hallar çox oldu...".

Xatrladaq ki, vaxtı ilə CHP sədri postu uğrunda Dəniz Baykala uduzan Sarıgül həmin qurultaydan sonra istefa verərək yeni partiya TDP yaradıb. 

14 may seçkiiləri ərəfəsində isə Kılıçdaroğlu Sarıgüllə görüşərək, CHP siyahısı ilə onun doğulduğu Ərzincandan deputatlığa namizədliyini irəli sürüb. Və, o, deputat mandatı qazanıb. 

Lamiyə

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR