“Report”un əməkdaşı dəm qazından boğularaq ölüb (Yenilənib)

img

31-05-2023 [16:00]


Azərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

“Report” İnformasiya Agentliyinin əməkdaşı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə, çalışdığı media orqanının kollektivinə dərin hüznlə başsağlığı veririk.

Gənc həmkarımızın vaxtsız vəfatı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini kədərləndirdi. 2000-ci ildə dünyaya gəlmiş S.Məmmədovun 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirakı və buna görə ali dövlət təltifinə layiq görülməsi, onun həm də vətənpərvər obrazını canlandırmaqdadır. Belə bir nümunəvi gəncin həyatla erkən vidalaşması üzücüdür.

Bir daha “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, başsağlığı diləklərimizi çatdırır, mərhumun doğmalarına, əzizlərinə və iş yoldaşlarına səbir diləyirik.

Allah rəhmət eləsin!”

***

“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan başqa, S.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib(Report).

Səbuhinin doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik!

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR