AVROPADA YENİ SAVAŞ SƏDASI: iki ölkə ordusunu ayağa qaldırdı, 80 yaralı var - "O, yeni Zelenski olmaq istəyir" - FOTOLAR

img

30-05-2023 [15:57]


Ötən gecə Kosovoda 80-dən çox adamın yaralandığı qarşıdurmalardan sonra Serbiya və Kosovo liderlərinin açıqlamaları ilə gərginlik daha da artıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kosovonun şimalında bir müddətdir artan gərginlik dünən gecədən qaynar qarşıdurmaya çevrilib və bu, Ukraynadan sonra Avropada yeni müharibə narahatlıqlarına səbəb olub.

Məlumata görə, Keçən həftə Kosovonun şimalında əsasən serblərin məskunlaşdığı ərazilərdə alban məmurları və polisin bələdiyyələrə yerləşdirilməsinə qarşı çıxan Kosovo serbləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. 

Dünən isə qarşıdurma şiddətli xarakter alıb. Belə ki, Kosovoda Zveçan Bələdiyyəsi önündə  NATO Sülhməramlı Qüvvələri ilə serb nümayişçiləa rarasında toqquşma yaşanıb.

Nəticədə 30 sülhməramlı və 50-dən çox serb nümayişçi yaralanıb, xeyli saxlanılan var..

Gözyaşardıcı qaz və səs bombalarından istifadə edilən toqquşma ilə bağlı açıqlama yayan  NATO vəziyyəti "qəbuledilməz" sayaraq pisləyib.

Türkiyə də daxil olmaqla bir çox ölkə Kosovo və Serbiyanı təmkinli olmağa çağırıb. 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyyilir: "Kosovonun şimalındakı hadisələri narahatlıqla izləyirik. Bu hadisələr regional təhlükəsizliyə və sabitliyə zərər verir. Bütün tərəfləri zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırırıq. Kosovo Sülh Qüvvələrinin hadisələrin genişlənməsinin qarşısının alınmasında konstruktiv rolunu yüksək qiymətləndiririk. Gərginliyi azaltmağın və regionda davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolu budur".

AB Xarici Siyasət rəhbəri Josep Borrell də gərginliyin azaldılması üçün lazımi addımların atılmasını tələb edib.

Kosovo Baş naziri Albin Kurti Serbiyanı təxribatda günahlandırıb və "Demokratiyada faşist zorakılığına yer yoxdur" deyib. Serbiyanın Rusiya ilə yaxınlaşdığını qeyd edən Kurti, Serbiya hökumətinin Yuqoslaviyanın keçmiş lideri Slobodan Miloseviçin ideologiyasından uzaqlaşa bilmədiyini iddia edib.

Belqradda xarici səfirlərlə təcili toplantı keçirən Serbiya prezidenti Aleksandır Vuçiç Kosovo baş nazirinə çox sərt reaksiya verib. Vuçiç Kurtinin “Yeni Zelenski olmaq arzusunda olduğunu” deyib və bölgədə böyük bir müharibənin baş verəcəyindən narahat olduğunu dilə gətirib. 

Serbiya gərginliyin artması fonunda keçən həftə ordunu həyəcan vəziyyətinə salıb və sərhədə qoşun göndərib.

Məlşmata görə, Kosovo artıq bir həftədir ordusunu ayaqda hazır saxlayır.

Aprelin 23-də Kosovonun şimalında keçirilən növbədənkənar yerli seçkilərdə Albaniya siyasi partiyalarının namizədləri qalib gəlib, regionda çoxluğu təşkil edən Kosovo serbləri isə seçkiləri boykot ediblər. Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir. Kosovo 117 ölkə tərəfindən “müstəqil dövlət” kimi tanınsa da, şimalında davam edən etnik gərginlik və BMT-yə üzv ola bilməməsi səbəbindən “Avropanın dondurulmuş münaqişə zonalarından biri” kimi xarakterizə edilir. Vaxtaşırı qarşıdurma yaşayan Serbiya və Kosovo 2011-ci ildə Avropa İttifaqınin vasitəçiliyi ilə başlanan Belqrad-Priştina Dialoq Prosesi çərçivəsində əlaqələrin normallaşması və nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapmağa çalışır. 

Lamiyə ƏHMƏDLİ

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR