Xorvat qapıçı İspaniya komandası ilə anlaşıb

img

30-05-2023 [09:49]


"Fənərbaxça"nın eyətinə qatmaq istədiyi qapıçı İspaniya komandası ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Dinamo Zaqreb"in qapısını qoruyan təcrübəli qapıcı Dominik Livakoviçin İspaniyanın "Vilyarreal" komandası ilə "əl sıxışıb".

Məlumata görə, o, yaxın həftələrdə klubla müqaviləyə imza atacaq.

Xatırladaq ki, bu mövsüm Zaqreb “Dinamo”su ilə 35 liqa oyunu keçirən Livakoviç  28 qol buraxıb. O, ümumilikdə 11 oyunda qapısını qola tamamilə bağlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR