“Azərqaz»ın qadın işçiləri ayağa qalxdı - AKSİYA (ÖZƏL) - YENILƏNİB

img

18-05-2014 [21:48]


«Azəriqaz»da işləyən bir qrup qadının başda prezident İlham Əliyevə olmaqla, əksər müvafiq dövlət qurumlarının rəhbərlərinə ünvanlandığı şikayət məktubunun surəti Mia.az-a daxil olub.

 Mia.az xəbər verir ki, şikayət məktubunu imzalayan "Azəriqaz" İstehsalat Birliyinin Nəsimi rayonu Qaz İstismar Sahəsinin (QİS) qadın işçiləri  - Əliyevə Səidə, Agamalıva Dilarə, Saatova Rəsmiyyə, Yusifova Ulduz, Zeynalova Mirqöncə, Əliyevə Lalə, Cəfərova Sevil, Məmmədova Reyhanə, Əliyeva Şövkət, Şıxzadə Narxanım yazırlar ki, Nəsimi rayonu QİS-in Qaz kəmərləri və avadanlıqları istismarı, qəza dispeycer xidmətinin işciləridir: «Uzun müddətdir ki, bu sahədə işləyirik. Lakin mart ayının 27- bizə "Azəriqazın  192 saylı əmrinə əsaslanıb, ixisara düşdüyümüz haqda bildirişlər paylandı. Bu bildirişə əsəsən,  27.05.2014  tarixi bizim son iş günümüz olmalıdır. Bununla bağlı QİS-in rəhbərliyinə etdiyimiz müraciətə cavab olaraq, bizə bildirdilər ki, bu sahə ümumən ləğv olunur. Qeyd olundu ki, bu qərar ARDNŞ tərəfindən qəbul olunub və İdarə rəhbərliyi bu işdə çarəsizdir. Ya gərək öz xahişimizlə işdən çıxmağımız barədə ərizə yazıb əmək haqqının 5 mislini alıb gedək, ya da işdən cıxmaqdan imtina edək. İkinci halda, yəni öz xahişimizlə işdən çıxmaq istəməsək, bu zaman bizi əmək haqqının 3 misli ödənilməklə, işdən uzaqlaşdıracaqlar».

 10 qadın əməkdaş bu təklifin hansı qanunla tənzimləndiyini ölkə rəhbərliyinin cəmiyyətin öhtəsinə buraxmaqla yanaşı, bu ixtisarların gələcəkdə böyük fəlakətlərə gətirib çıxara biləcəyini deyirlər: «Cünkü Bakının mərkəzində hələ də qaz xətlərinin çoxu yer altındadır bu xətlərin baxımsız qalmasının sabah hansı fəlakətlar yaradacaağını kimsə təsəvvür edə bilməz. Bu problemlər həll edilməmmiş isə bizlərin işdən azad edilməsi cəhdi qətiyyən yolverilməzdir. Bu, həm bizlərin ali hüquqlarının kobud pozulması deməkdir».

 Mia.az xəbər verir ki, müraciət müəllifləri aralarında ailə başçısını itirmiş qadınlarla yanaşı, himayəsində azyaşlı, pensiyaçılar olan işçsilərin olduğunu deyirlər: «Bu gün Azərbaycanda işsiz qalmağın demək olduğunu kiməsə xüsusi izah etməyə ehtiyac yoxdur. Bizim əmək haqqımız 250-300 manat civarındadır. Yaşımızın bu vaxtında heç bir təşkilat və idarə bizi işə götürməyəcək. Aramızda olanların çoxu da ali təhsillidir. Dəfələrlə işlədiyimiz təşkilatda keçirilən bütün imtahanları uğurla vermişik. Belə olan halda, bizə qarşı bu mövqeyi anlaya bilmirik. Bu, həm dövlət müəssisələrində qadınlara qarşı göstərilən münasibət gender problemlərinin dərinləşdirilməsinə xidmət etmirmi?».

 Sonda qadınlar ölkə rəhbərliyindən onların problemləri ilə maraqlanmağı hüquqlarının qorunmasını xahiş ediblər.

 Yeri gəlmişkən, Mia.az-a daxil olan məlumata görə, qadınlara qarşı kampaniya təkcə Nəsimi rayonunda deyil. Bakının Yasamal rayonundakı müvafiq idarədə eyni hal yaşanır. rayon idarələrində çalışan qadınlar birləşərək, bu gün 19-da ARDNŞ-in qarşısına toplaşıb, haqlarını tələb edəcəklər.

Mia.az

***

Prezident Administrasiyası önündə aksiya keçirən "Azəriqaz” İstehsalat Birliyinin qadın işçiləri PA qəbul şöbəsinin əməkdaşları tərəfindən diqqətlə dinlənilib.

Virtualaz.org saytının hazırda aksiya məkanında olan əməkdaşı xəbər verir ki, onlara prezident İlham Əliyevin adına məktub yazmağı məsləhət görüblər: "Etiraz edən qadınlar prezident İlham Əliyevə ünvanlanan şikayət ərizəsi yazdılar. Bundan sonra PA-nın əməkdaşları "Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevlə əlaqə saxladı. Əkbər Hacıyev isə aksiyaçıları qəbul edərək şikayətlərinə baxacağını vəd etdi”.

Hazırda aksiya iştirakçıları Əkbər Hacıyevin qəbuluna gedirlər. Onlar Əkbər Hacıyevlə qəbuldan sonra Dövlət Neft Şirkətinə də gedib şikayətlərini bildirəcəklər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 03.06.2025

Sabah yağış yağacaq