İstanbulda sənədsiz yaşayan azərbaycanlılar deport təhlükəsiylə üz-üzədir - Hökumət bir neçə dövlət qurumundan ibarət komissiya yaradıb, ancaq... (VİDEO)
06-06-2023 [09:07]
Fuad Muradov Diaspora lə İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra xaricdə yaşayan soydaşlarımız arasında xeyli canlanma hiss olunsa da, hələ də bəzi ölkələrdə, xüsusu ilə Türkiyədə soydaşlarımızla bağlı ciddi problemlər qalmaqdadılr.
Mia.az xəbər verir ki, 1990-cı illərdən Türkiyənin ayrı-ayrı şəhərlərinə, eləcə də İstanbula köçərək yaşayan azərbaycanlıların illərdir miqrasiya problemi dərinləşib.
Bu barəəd Mia.az-ı məlumatlandıran oradakı soydaşlarımız deyirlər ki, son illər iki ölkə arasındakı münasibətlərin inanılmaz dərəcədə olmasını nəzərə alsaq, Türkiyədə yaşayan azərbaycanlıların hər hansı bir problem yaşamamalı olduğunu ilk baxışdan düşünsək də, məsələ heç də göründüyü kimi deyil. Təəssüf ki, təkcə İstanbulda yaşayan 30 minə yaxın soydaşımızın miqrasiya ilə bağlı problemi qalır. Diqqətçəkən məqam odur ki, bu problemin böyüməsində soydaşlarımızla yanaşı, Azərbaycanın müvafiq qurumlarının da "əməyi" az deyil. Belə ki, zamanında miqrasiya qurumlarına müraciət etməyən və buna görə deport təhlükəsiylə burun-burun olan soydaşlarımızla yanaşı, uzun illər əvvəl Türkiyəyə gedən, orada həyatını quran yüzlərlə soydaşımız var ki, pasportlarının vaxtı bitib. Bu səbəbdən uşaqları belə sənədsiz qalıb. Hətta elə ailələr var ki, uşaqlarının doğum haqqında şəhadətnaməsnin belə, olmadığı iddia olunur. Təbii ki, bu da onların təhsil almalarına mane olur. Düzdür, son illər bu istiqamətdə də iş aparılır. Amma təəssüf ki,məktəb məsələsində də soydaşlarımız arasında dərin fikir ayrılıqları var.
Məlumata görə, 2022-ci ilin sonundan başlayaraq, 1990-cı ildən Türkiyəyə köçən və hazırda orada sənədsiz yaşayan azərbaycanlıların sənədlərinin – yeni doğulanların doğum haqqında şəhadətnaməsi, vaxtı bitən pasportun yenilənməsi, subaylıq və sair arayışlar və sair digər sənədlərin verilmə prosesinə start verllib
Belə ki, Xaixi İşlər Nazirliyinin sədrliyi ilə bir neçə dövlət qurumunun - DİN, Miqrasiya, Diasporla İş Üzrə Dövlət Komitəsinin işçilərndən ibarət qrup yaradılıb. XİN əməkdaşı elçin Məmmədovun sədri olduğu qrupun həyata keçirdiyi layihə əsasında azərbaycanlılar yaşadıqları məhəllələrdən avtobuslarla İstanbuldakı Azərbaycan Baş Konsulluğuna aparılır və orada vaxtı bitmiş sənədlər əsasında qeydiyyatdan keçirilir.
Bir müddət sonra həmin insanların pasport və digər sənədləri yenə də eyni qayda ilə Azərbaycandan gətirilərək vətəndaşlarımıza təqdim edilir.
Bura qədər hər şey normal, hətta möhtəşəm idi... Lakin bu sənəd toplama və paylama proses indiyə qədər bir necə dəfə həyata keçilirib və hər dəfəsində də vətəndaşların haqlı narazılığı ilə qarşılanıb. Belə ki, hər dəfəsində 50 və ya 60 nəfərin konsulluğun önündə sıxıcı növbəyə alınması, sənədlərin ləng qəbulu və hazırlnam mərhələsinin aylarla uzanması zaman-zaman konsulluq önündə narazılığı böyüdüb. Hətta bəzən səs-küyə yerli polislər müdaxilə ediblər. Narazılığa səbəb olan ən böyük məqam hazır sənbəd üçün deyilən acaxtda konsullluğa gedən və saatlar sürən uzun növbədən sonra “sizin sənədlər hələ gəlməyib” cavabıdır.
Adını söyləmək istəməyən vətəndaşlardan biri deyib ki, sənədlərini götürməyə gedəndə, onlara “30 ildir sənədsiz yaşamısınız, bir ildə gözləyə bilərisniz" cavabı verilir: “Noyabr ayında qeydiyyatdan keçib, rüsumu ödəmişəm, amma hələ pasportumdan xəbər yoxdur. A qalır bir il olsun...".
Soydaşlarımız deyir ki, əslində, bu proses vətəndaşların bir an öncə sənədlərini əldə edilməsi üçün başlanan bir prosesdir: “Bu, süni şəkildə vətəndaşı incitməkdən, süründürməkdən başqa bir şey deyil. Baxın, bu link -
https://www.bpqmi.gov.az/?/az/requestdoc/ Daxili İşlər Nazirliyinin müvafiq idarəsində Türkiyədə sənədsiz yaşayanlar üçün yaradılmış elektron müraciət qaydasıdır.
Təqdim etdiyimiz bu linkdə açıq-aydın 1990-cı ildən Türkiyəyə köç edən və orada sənədsiz yaşayan azərbaycanlıların elektron müraciət edə bilmələri və bu müracətin cavabını aldıqdan sonra İstanbulda yerləşən Azərbaycan Baş Konsulluğuna gedərək sənədlərini alma haqqı olduğu göstərilir: "Yaxşı, bu varsa, elə isə sual yaranır: vətəndaşların daha rahat elektron müraciət imkanı varsa, 3-5 dövlət quurmundan ibarət qrup niyə yaradılıb? Müxtəlif qurumlardan - Xarici İşlər Nazirliyi, DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi, Diasporla İş üzrə Dövlər Komitəsi və başqa qurumların əməkdaşlarından ibarət böyük bir heyəti hər dəfə İstanbula ezam etməyə nə hacət var?!
Üstəlik, o heyətin hər dəfə 10 günlük səfəri, bu səfər zamanı gediş-gəliş təyyarə biletləri, otel və yemək xərcləri, insanların konsulluğa daşınması üçün ayrılmış nəqliyyat xərcləri və sairləri sadalasaq, burada çox böyük məbləğin israfından söhbət gedir.
Ən əsası, nəzərə alsaq ki, bu qədər məbləğ xərclənir, ancaq görülən işlər adekvat deyil. Ya sənədlərin qəbulu, ya hazır sənədlərin göndərilməsi, ya rüsumun ödənilməsi məsələsi və sair o qədər problemlər meydana çıxır ki...
Hələ bu “teatr”la İstanbulda Azərbaycan Baş Konsulluğu ilə vətəndaşlar arasında narazılıq yaradılır.
İkincisi, insanlar get-gələ salınır, süründürməçiliyə haqlı etirazları formalaşır, dövlətə inamsızlıq toxumu səpilir. Ara yerdə kərguzarlıq funksiyasını daşıyan konsulluq zann altında qalır...”.
Mia.az-a İstanbuldakı soydaşlarımız deyir ki, İstanbulda yaşayan azərbaycanlılar bu və ya digər məqamları nəzərə alaraq, bu problemin həlli üçün tez-tez İstanbula göndərilən heyətə (komissiyaya) ayrılan vəsaitin ümumi məbləği barədə araşdırma aparılmasını tələb edirlər: “Əgər buraya bizim problemin həlli üçün gələnlər bahalı otellərdə qalır, bahalı restoranlardan yemək sifariş verirsə, demək ki, bunun üçün böyük pul ayrılıb. Bu adamların işi isə budur: sırf kərgüzarlıq və sənədləri götürəndən sonra “Bakı ilə əlaqə saxlayın, filan qədər rüsumu filan yerə köçürsünlər” təlimatını verməkdir. Bakıda elə adamımız olsaydı, yaxud rüsumu Bakıya ödəyib aylarla gözləyəcəkdiksə, elə yuxarıda DİN Pasport Qeydiyyatı İdarəsinin elan olunan sisteminə (https://www.bpqmi.gov.az/?/az/requestdoc/) evimizdən rahat daxil olub, anketi doldurar, rüsumu da hazırkı qayda ilə ödətdirərdik. Daha bu boyda həngamə nəyimizə lazımdır?
Təsəvvür edin, disspor nümayəndələri bir-bvir evə gəlir, az qalır yalıvararlar ki, bizi pis vəziyyətdə qoymayın, dolun avtobusa gedək konsulluğua. Konsuluqda da dediyimiz kimi, azı bir gün vaxt gedir, nəticə isə arzulanan kimi deyil. Bizə görə, bəzi çatışmazlıqları da həll etməklə, bu sistem elektron qaydada olsaydı, işlər çox sürətlıə həll olunardı. Təsəvvür edin ki, ləngiməyə görə burada hər kəs hər an deportla üz-üzədir...".
Bu və ya digər məqamlarla bağlı rəsmi qurumların mövqeyini dinləməyə hazırıq.
Əhməd
Mia.az
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"