HDP Özdağən qərarından sonra vədini pozmadı: "Biz Millət İttifaqını deyil, barış və demokratiyanı dəstəkləyirik"

img

25-05-2023 [08:47]


Zəfər Partiyasının sədri Ümit Özdağın mayın 28-də keçiriləcək ikinci tur seçkilərdə Kamal Kılıçdaroğlunu dəstəkləmək qərarından sonra HDP həmsədri Pərvin Buldan açıqlama verib.

Mia.az Türkiyənin məşhur Haberler.com saytıına istinadla xəbər verir ki, o, ötən gün Mardində Yaşıl Sol Partiyasının Mardin və Diyarbakırdın seçilən deputatları ilə birlikdə vətəndaşlarla görüşüb. 

Prəvin Buldan burada seçkilərin ikinci turunda xalqdan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluna səs verməsini istəyib. Buldan qeyd edib ki, CHP və ya Millət İttifaqlaır ilə hər hansı ortaqlıqları və ya razılaşmaları yoxdur, amma Kamal Kılıçdaroğluna dəstəyi demokratiya və sülh üçün istəyirlər: "Adlar bizim üçün önəmli deyil. Biz Millət İttifaqı və ya CHP ilə ortaq deyilik. Biz Millət İttifaqını dəstəkləmirik, sülh və demokratiyanı dəstəkləyirik"..

Deputat daha sonra deyb ki, xalqın mayın 28-də ortaya siyasi iradə qoyacağına əmindir: "İnanıram ki, xalq mayın 28-də öz qətiyyətini bir daha nümayiş etdirəcək. Bu seçim gələcəyimizi müəyyən edən seçimdir. Bu seçim sabahlarımızı müəyyən etmək üçün seçimdir. Hər kəsdən istəyimiz isə budur: xahiş edirəm gedin səs verin, qutuları qoruyun və gəlin birlikdə Ərdoğanı göndərək".

Xatırladaq ki, Zəfər Partiyasının sədri, milliyyətçi sayılan Ümit Özdağın Kamal Kılıçdaroğlunu dəstəkləmək qərarından sonra kürdlərin siyasi təşkilatının Kılıçdarioğlundan üz döndərcəyii gözlənilirdi. Təsadüfi deyil ki, Özdağla anlaşmadan  sonra dünən axşam HDP, Yaşıl Sol Paretiya liderləri 2 saatlıq müzakirə apararaq, 28 may seçkisi iə bağlı bu gün qərarılaırnı elan edəcəklərini bəyan ediblər. Ancaq Pəvn Buldanılnbu açıqlamaıs göstərir ki, qərar yenə Kılıçdaroğlundan yana olacaq...

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR