Qaradağda atışma: 56 yaşlı kişi güllələndi

img

24-05-2023 [18:55]


Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Ə.Orucov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR