Qobustanda ağır yol qəzası: 5 nəfər ölüb, yaralı var (Yenilənib)

img

22-05-2023 [10:49]


Qobustanda yol qəzasında ölən şəxslərin adları bəlli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki,  bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə  Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

***

Qobustanda ağır yol qəzasıbaş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mİa.az-a bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR