Cəlilabadda şok olay: 17 yaşlı qardaş 20 yaşlı bacısını boğaraq öldürdü

img

20-05-2023 [21:42]


Cəlilabadda bacısını öldürən şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR