Şirvanda Vaqif Cəfərovun 80 illik yubileyi qeyd olunub - FOTOLAR
19-05-2023 [18:05]
Şirvan Gənclər Evində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ömrünün 50 ilini idmanın inkişafına həsr edən, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş məşqçi-müəllim Vaqif Cəfərovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, yubiley tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, ziyalılar, idman xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib. Öncə tədbir iştirakçıları Vaqif Cəfərovun həyatını və idman fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Sonra Vaqif Cəfərovun həyat yolunu əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vaqif Cəfərovu 80 yaşı münasibətilə təbrik edib və ona xoş arzularını bildirib. Ölkəmizdə idmana dövlət qayğısından bəhs edərək, qeyd edib ki, idman sahəsində qazanılan yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb.
Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan sonra da ölkə idmanının inkişafına Şirvan şəhər idmançılarının öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.
Vaqif Cəfərovun ömür yolunun gənc idmançılarımız üçün məktəb olduğunu və bu məktəbin yetirmələrinin respublikamızın idman şərəfinin qorunması yolunda uğurla addımladıqlarını diqqətə çatdırıb. Onun zəhmətinin dövlət başçısı tərəfindən dəyərləndirildiyini, ona verilən fəxri adın ümumilikdə Şirvan şəhərinin idmanına göstərilən diqqət olduğunu qeyd edib.
Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov və digərləri Vaqif Cəfərovu yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıblar. Qeyd edilib ki, 1943-cü il mayın 20-də dünyaya göz açan Vaqif Cəfərov Şirvan şəhərində güləş idman növünün inkişaf etdirilməsində müstəsna xidmətləri olmuş və ömrünün çox hissəsini idmanın bu növünə həsr edib. Onun yetirmələrinin respublika və dünya çempionatlarında yüksək nəticələr əldə etdiyini və mükafatlara layiq görüldüyünü bildiriblər.
Vaqif Cəfərov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Sonra Vaqif Cəfərova şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Tədbir şəhərin mədəniyyət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb