Şabranda silsilə əməliyyatlar keçirilib, saxlanılanlar var - FOTO

img

19-05-2023 [09:12]


Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a bildrilib ki, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Orxan Məmmədov, Elxan Məmmədov və Zaur Ağamalıyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR