Milli Məclisin deputatları NATO-nun sessiyasına qatılacaqlar

img

18-05-2023 [14:19]


Milli Məclisin deputatları Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının (NATO) yaz sessiyasında iştirak edəcəklər.

Mia.az xəbər verir ki, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri – parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev mayın 19-da bu məqsədlə Lüksemburqa səfər edəcəklər.

Qeyd olunub ki, NATO PA-nın yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Səfər mayın 23-də başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA