“Sahil Babayevin atası ilə haqq-salama görə gözlədim, amma...” - "Dedi ki, yeznəsi nazirin müavinidir, qaynı da həmin şöbənin rəisidir"
18-05-2023 [13:55]
“Tənqidi fikirlərim yox, obyektiv mövqeyim olub. Oğlum Babəkin işdən çıxarılmasına min don geyindirirlər. Onun əmək kitabçası bu nazirlikdə açılıb. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir olan zaman oğlum öz CV-sini verib, işə qəbul olub. Bu adam iqtisadiyyatı bitirib. 16 ildir, sakit işləyirdi. Nazirlikdə rəhbərlik dəyişəndə oğluma qarşı ciddi aqressiya başladı. Köhnə işçilərin çoxunu işdən çıxardılar. Xalqın cavan kadrları nazirlikdə işləyirlər, bunun kimə nə dəxli var? Oğlumu “gözüm-çıxdıya” saldılar. Gəlib evdə mənə dedi. Dedim ki, oğlum, mən qarışmıram. Bir gün də gəlib dedi ki, məni filiala göndərirlər. Səbəbini soruşdum. Dedi ki, cavan bir oğlan gəlib, yeznəsi nazirin müavinidir, qaynı da həmin şöbənin rəisidir, deyilənə görə, alverlə məşğuldurlar. Rəis deyib ki, şərtlərimə uyğun işləmələsiniz. Oğlum da deyib ki, mən illərdir, qanun nə deyirsə, ona uyğun işləyirəm. Cavabında deyiblər ki, onda biz bir yerdə işləyə bilmərik, ərizəni yaz. Oğluma dedim ki, ərizə yazma. Çox sıxışdırdılar. Kadrlar şöbəsinin müdiri gündə gedib-gəlib deyib ki, ərizəni yaz. Babək mənə dedi ki, kadrların müdiri məni dəli edib. Sonra bildilər ki, Babək mənim oğlumdur, “xala xətrin qalmasın” atdılar Bakı filialına. Yenə də dedilər ki, necə deyiriksə, elə işləməlisiniz. Qanun qalıb bir tərəfdə, artıq şəxsi maraqlar işləyir. Bir az orda da işləyəndən sonra oğlumu öz sahəsinə aid olmayan başqa sahəyə atıblar. Psixoloji baxımdan Babəki işindən bezdirirdilər. Deyirdim ki, oğlum, döz, döz... Axırda dedi ki, ay ata, gərək dava edim, məni aparıb “ASAN Xidmət” deyilən şöbəyə atıblar, axı o sahənin adamı deyiləm”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudov oğlu Babək Mahmudovun nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) vəzifəsindən azad edilməsinə münasibət bildirərkən deyib.
“Hər həftə imtahan götürürlər. Camaat hamısı ərizəsini yazıb çıxıb gedir. Bir nəfər münasibət bildirmir ki, neçə ilin işçiləri nazirlikdən niyə dağılırlar? Niyə yeni gələn biri hökm sürür, “at oynadır”? Xüsusi mülkiyyətləridir? Dədə-babalarınındır? Elə vəziyyətə gətirib çıxardılar ki, Babək ərizəsini yazıb çıxdı. 16 il xidmət etdiyi nazirlik qaldı bir tərəfdə, burdan-ora, ordan-bura atdılar... İndi işdən çıxıb, oturub evdə. Ailəlidir, Allaha şükür evi də var. Sağ olsun cənab Prezident, mənə ev vermişdi, o evi verdim oğluma. Övladı da var. Hər şey normaldır. Hazırda işsizdir. Başa düşə bilmirəm, dövlət bir adama etimad göstərib ona vəzifə verirsə, ona görə verir ki, vəzifəni qohum-əqrabası arasında pay-püş etsin? Heç Babək mənim övladım deyil, Azərbaycan xalqının oğludur, yekə kişidir, 44 yaşı var. Ömür boyu nazirlikdə işləyib. İndi nə oldu ki, başım çıxmır... Şeyx Əbdül Heydər Əliyevə qarşı təzyiq başlayanda sinəsini qabağa verib Naxçıvana gedib-gəlirdi. İlk seçkidə rayonlarda bizə hücum etdilər, mən Heydər Əliyevə vəkillik edəndə bunlar harda idilər? Mənim etdiyimin bir faizini bunlar etməyib. Cənab Prezident İlham Əliyevin də ilk prezident seçkisində ictimai əsaslarla vəkil olmuşam, təbliğatını aparmışam. Onda bunlar harda idilər? İndi “hazırın naziri” gəlib oturublar. Mənim uşağım pis, əxlaqsız, mədəniyyətsiz, tərbiyəsiz, yararsız olsa idi, deyərdim “hə”. Ay nazirlər, ay icra başçıları, bu Şeyx Əbdül, o da siz, gəlin müqayisə edək, görək bu xalqa, ideologiyaya nə xidmətləriniz var? Sahil Babayev kimdir, Şeyx Əbdül kimdir? Xalqdan soruşun. Bunlar nazirlikdə nə hoqqdan çıxırlar, istədiklərini edirlər. Mənim xidmətim var, onların nəyi var? Niyə Prezidentə qarşı sosial gərginlik yaradırsınız, vəzifə verib, gedin işləyin də. Bunu deyəndə pis adam oluram, bunlar edəndə yaxşı adam? Oğlum iş tapmasın, gedib nökərçilik etsin, bunun marağında deyiləm. Mən ideologiyamızın, dövlət qanunlarının şəxsi müstəvidə pis günə qoyulmasına qarşı danışıram. Belə getsə, cənab Prezidentə müraciət edəcəyəm, bir neçə icra başçısı ilə birgə naziri məhkəməyə verəcəyəm. Sənin nə ixtiyarın var ki, insanların taleyini şəxsi müstəvidə həll edirsən? Sən kimsən? Neçə il camaatı zəhmət çəkib işlədiyi yerdən çıxarırsan, gətirib “konfet satanları” doldurursan nazirliyə. Sahil Babayevin atası ilə uzun illər münasibətim olub. Hətta indiyə kimi dözdüm. Mətbuat katibi Fazil Talıbova da demişdim ki, Sahil müəllimə de, belə şey etməsin, ayıbdır, yaxşı deyil. Fazildən xəbər çıxmadı. Kimi hara qoyurlar, olur hakimi-mütləq, əlahəzrət, toxunulmaz... Bu nə deməkdir? Çox gözlədim, bunlardan xəbər çıxmadı. Rəhmətlik Rafiqlə haqq-salama görə gözlədim, çox yaxşı münasibətimiz var idi. Fikirləşdim ki, oğlu Sahil Babayev də buna hörmət qoyar, qoymadı...”, - Xalq artisti bildirib.
MİA.AZ
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb