Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-05-2023 [00:00]
Qoç - işdə əla nəticələrə nail olmaq imkanı var. Rəqibləri üstələyə, bədxahları tərksilah edə bilərsiniz. Risk istisna deyil. Narahat olmayın, qorxmayın. İntiusiya sizə nə zaman aktiv fəaliyyətdə olmağı, nə zaman da kölgəyə çəkilərək gözləməyi deyəcək. İşgüzar ünsiyyətdə çətinliklər ola bilər. İş yerində rəhbərlik sizə əsl diktator təsiri bağışlamasın. Birgə layihələr və şərikli iş üçün əlverişli gün deyil. Ailə üzvləri ilə dil tapmaq çətindir.
Şəxsi münasibətlər müstəvisində sayıq, ehtiyatlı olun.
Buğa - yeni işə və ya layihəyə başlamaq üçün əlverişli gündür. Çətinlikləri dəf etmək üçün orijinal yollar və metodlar arayın. İşdə kollektivin üzvləri ilə münasibətlər nizamlanır. İş yoldaşlarınızdan biri və ya şərik etibarlı müttəfiq ola bilər. Yeni səlahiyyətlərlə yanaşı, öhdəliklər də peyda olacaq. Gəlir, mənfəət və ya maaş arta bilər.
Tədris və təhsil üçün əla gündür. Praktiki bilgilər əldə edə bilərsiniz. Yaradıcı layihələrdə uğur istisna deyil.
Yeni tanışlıqlarda fayda var. Onlar yaşamınızda mühüm rol oynaya bilər.
Əkizlər - orijinal və qeyri-standart qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlar addımlarınızı anlamayacaqlar. Narahat olmayın, yolunuza davam edin.
Hadisələrin inkişaf etdiyi məcradan və istiqamətdən asılı olmayaraq qarşınıza qoyduğunuz məqsədə doğru gedin, planlardan imtina etməyin.
Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın.
Ailə üzvləri ilə münasibətlər rəvan deyil.
Ən kiçik səbəbdən mübahisə yarana bilər. Həmin mübahisədən sonra qızğın barışıq olacaq. Uşaqlarla dil tapmaq çətindir. Müxtəlif yaşlılar arasında fikir ayrılıqları kəskinləşir.
Xərçəng - səfər, səyahət, ezamiyyət üçün uğurlu gündür. Yaşam arealının dəyişməsi əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yaradıcıldıq potensialınızı da artırır. Gözəl ideyalarınız peyda olacaq.
Yeni işə və ya layihəyə başlamaq, potensial tərəfdaşlar aramaq üçün yaxşı gündür.
Uğurlu investisiyalar və səmərəli alış-veriş istisna deyil.
Şəxsi münasibətlər müstəsivində irəliləyiş olacaq.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda dəqiq və həssas olun. Yeni tanışın rəğbətini qazanın, yaxınlarınızla fikir ayrılıqlarına yol verməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir - qəfil görüş baş tuta bilər. Bu təmas xoş olmasa da, faydalıdır. Gün çoxsaylı tanışlıqlar vəd edir. Sizi paltara görə qarşılayacaqlar və buna görə də zahiri görünüşünüzə fikir verin. Əşyalarınızı nəzarətdə saxlayın.
Kiçik, amma təəssüf doğuran itkilər ola bilər.
Günün ikinci yarısında səhhətinizə fikir verin.
Yaşam potensialınız və tonusunuz aşağı düşəcək. Bihallıq mümkündür. Allergiya və ya zökəm istisna deyil.
Qız - nahamar, gərgin gündür. Çətin qərarlar qəbul etməli, yaxın ətrafınızdakı insanların təqdir etməyəcəyi addımlar atmalı olacaqsınız.
İşdə konkret layihə və ya plan baş tutmayacaq. Rəhbərliklə söz güləşdirməyin, həmkarlarla mübahisə etməyin.
Uzun səfər, xüsusilə də planlaşdırılmamış səyahət məsləhət deyil.
Yolda tez yorulacaqsınız. Əhvalınız pozulacaq, yeni təəssüratlar sizi sevindirməyəcək.
Axşam saatlarında alış-veriş etmək olar.
Tərəzi - orijinal həllər, qeyri-standart addımlar günüdür. Orijinallıq və gözlənilməzlik sizə uğur qazandıra bilər. Yeni tanışlıqlar faydalıdır. Onlar yaxın gələcəkdə həyatınızda köklü dəyişikliklərin rəhni ola bilər.
Maliyyə baxımından əlverişli dönəmdir. Gəlir və mənfəət istisna deyil.
Alış-verişdə tələsməyin, yaxşı ölçüb-biçin.
Köç, təmirə başlamaq üçün yaxşı vaxtdır. İmiclə eksperiment etməyin.
Əqrəb - nüfuzlu şəxslə ünsiyyət və yeni maliyyə imkanlarının aranması üçün yaxşı gündür. Müttəfiq və şərik arayın. İşdə mövqelərinizi möhkəmləndirin. Daha çox maaş ala biləcəyiniz, nüfuzlu iş yeri barədə də düşünə bilərsiniz.
Təhsil, tədris, ixtisas və biliklərin gücləndirilməsi üçün yaxşı gündür.
Perspektivə hesablanmış uzunmüddətli planı reallaşdırmağa başlayın. Dəstək və yardıma bel bağlamayın, təkbaşına çalışın. Dürüst taktikadır.
İlk uğurlara nail olan kimi sizi dəstəkləmək istəyənlər tapılacaq.
Axşam saatlarını evdə keçirin, əyləncə məkanına yollanmayın.
Oxatan - risk etməyin. Düşünülməmiş addımlar və impulsiv hərəkətlər üçün əlverişli gün deyil. Sınanmış, etibarlı metodları seçin, rahat yolla irəliləyin. İşdə xoşagəlməz sürprizlər, rəhbərliklə münaqişə ola bilər.
Situasiyanı stabilləşdirməyə çalışın. İnadkar və kəmhövsələ olmayın.
Romantik görüşdən imtina edin. Belə görüş olarsa, istədiyiniz məcrada cərəyan etməyəcək. Yeni tanışlıqlardan yaxşı heç nə gözləməyin.
Həmin tanışlıqlar ciddi heç nə vəd etmir.
Ailə üzvləri ilə təmaslara daha çox vaxt ayırın.
Axşam saatlarında dincəlin, yaxşıca istirahət edin.
Oğlaq - ehtiyatlı və sərvaxt olun. Ciddi, çətin sınaqlar dönəmidir. Bütün işlərdə dəqiq və səliqəli olun.
Ən kiçik səhvin belə, böyük fəsadları ola bilər. İşdə rəhbərlki sizə qarşı çox tələbkardır. Kollektivdə münasibətlər gərginləşir.
Bədxahınız fəaliyyətdədir.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səmimi olun. Dostlarla təmaslarda fikir ayrılıqları yaranarsa, müzakirə vasitəsilə problemi aradan qaldırın. Laqeyd qalmadığınız insanı sevindirin. Ailə üzvlərinə sürprizlər edin.
Köhnə tanışdan çoxdan gözlənilən xəbərin alınması mümkündür.
Dolça - niyyətlərinizi reallaşdırmağa tələsməyin. Az sonra planları gerçəkləşdirmək üçün uğurlu şərait yaranacaq. Peşəkar mövqelərinizi möhkəmləndirmək imkanı var. Amma vicdanınızın səsinə qulaq asın.
Ciddi maliyyə itkiləri ola bilər.
Etibar etdiyiniz və dəyər verdiyiniz insanlarla ünsiyyət üçün xoş gündür.
Romantik görüş, dostlarla təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Son vaxtlar sizi yaman narahat edən, təlaşa salan problemi çözə bilərsiniz.
Balıqlar - uğurlu gündür. Başladığınız işlər alınacaq. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri problemi həll edəcəksiniz.
Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş həyatınızda qarşınızda yeni üfüqlər açılır, yeni perspektivlər yaranır. Bilik, bacarıq, ixtisasın artırılması mümkündür. Fəaliyyət sahəsini genişləndirə bilərsiniz.
Maliyyə və sərmayə məsələlərində uğur əldə edə bilərsiniz. Pulla bağlı problemlər yaranmayacaq. Şəxsi münasibətlər müstəvisində irəliləyiş olacaq. Az sonra ciddiləşəcək romantik münasibətlər formalaşacaq. Həyat potensialı yüksəkdir. Əhvalın pozulması və ya səhhətdə hər hansı fəsadın yaranmasından ehtiyatlanmayın.
Milli.Az
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb
"Sədərək"dəki yanğınla bağlı araşdırma başlayıb
Donald Tramp 111 illik tarixi dəyişdi, FED üzvünü vəzifədən azad etdi, qarşı tərəf isə dirənir: "İşimdə qalacam..."
"Fənərbağça" Livakoviçlə bağlı danışıqlara başlayıb
Sadettin Saran "Fənərbağça" prezidentliyinə namizəd oldu
Markov Rusiyanı tərk edəcək? - Açıqlama
Arzu Əliyeva Mehriban Əliyevanı təbrik edib - FOTO
35 il başqasının evində yaşadı, indi evdən çıxmaq üçün adambaşına 10 min istəyən keçmiş məcburi köçkün danışdı - VİDEO
Gəlini Mehriban Əliyevanı belə təbrik etdi: "...bu gözəl gündə Sizə daim xoşbəxtlik və sevinc arzulayıram!" - FOTO
"Qalatasaray" heyətini fransız futbolçu ilə gücləndirmək istəyir