Kişilərin diqqətinə: əgər bir qadının sizdən xoşu gəlirsə... - 9 hal
17-05-2023 [00:01]
Qadınların kişilərə olan münasibətini çözmək çox da rahat deyil.
Bəzi kişilər düşünür ki, qadınlar xoşlandığı kişilərə naz edir, onların istəklərinə etiraz etməklə əslində razılıqlarını ifadə edir.
Təsadüfi deyil ki, avstriyalı alim, psixoanaliz elminin banisi Ziqmun Freyd deyirdi: "Ömrümün 35 ilini qadınların psixikasını araşdırmağa sərf etdim. Hələ də bu sualın cavabını tapmamışam: Qadınlar nə istəyir?".
Mia.az xəbər verir ki, A24.Az alimlərin qənaətlərinə və sosioloqların araşdırmalarına istinad edərək qadınların kişilərdən xoşlanarkən etdiyi 10 hərəkəti təqdim edir:
1. Qadınları xoşlandığı kişilərə min bir bəhanə ilə toxunmaq istəyirlər.
Məsələn, guya kişinin paltarında ləkə var, onu təmizləyir. Və ya kişinin saçı düz durmayıb, onu formaya salır. Guya dodağınızda yemək qalıb, onu götürür. Əgər sizdən xoşlanırsa, istənilən düşük zarafatınızdan sonra da sizi dürtmələyəcək. Axı toxunmalıdır... Ən son addım isə müvazinətini itirdiyini bəhanə gətirərək kişinin harasındansa yapışmaqdır. Yetər ki, əli kişinin bədəninə toxunsun...
2. Bir qadın sizdən xoşlanırsa, sizə yaxın oturmaq üçün bəhanələr axtaracaq...
Kollektiv şəkildə çıxdığınız səyahətdə, istirahət zamanı, lap elə iş şəraitində sizin yaxınlığınızda oturmaq istəyən bir xanım varsa, onunla bağlı düşünə bilərsiz.
3. Yaxın oturmaq...
Əgər mehriban görüşmək ortamı yaranıbsa, bir qadının sizi nə qədər istədiyini yoxlamaq daha rahatdır. Digər dostlarla əlini şappıldadaraq, kürəyinə yüngülcə vurmaqla yetinib sizi sinəsinə sıxır, isticanlı sarılırsa, demək ürəyində nəsə var.
4. Sizin söhbətlərinizə gülürsə...
Əgər bir qadın sizin əksər söhbətlərinizə gülürsə, hətta qəhqəhə çəkirsə, elə bilməyin ki, komik adamsız. Sadəcə həmin qadının gözündə yüksəkdəsiz.
5. Əgər bir qadın sizə çox vaxt ayırırsa, sizin əksər görüş təkliflərinizi müsbət cavablamağa çalışırsa...
Başa düşün artıq.
6. Bir qadın sizdən sevgilinizin olub olmamasını soruşur?
Qadın sizdən sevgilinizin olub-olmamasını soruşursa, demək sizin haqqınızda ciddi fikirlər qurmağa başlayıb. Təbii ki, bunu birbaşa soruşan deyil. Əgər birbaşa soruşursa, bu başqa, amma dolayısı yolla sevgiliniz barədə öyrənməyə çalışırsa, ürəyinə girmisiz.
7. Danışdığınız bütün ifadələrə son dərəcə vacib məsələlər kimi reaksiya verirsə...
Ağzınızı açıb sözə başlayan kimi sizə son dərəcə maraqlı mövzudan söz açan adama baxan kimi baxırsa, çox düşünməyə dəyməz, qəlbini fəth etmisiz. Fərqi yoxdur, istər qütb yapalağından, istər "Real Madrid"dən, istər Eynşteyndən danışırsız - o sadəcə sizi dinləyir... Yox əgər sizə bir dost kimi baxırsa, sizin söhbətinizi ... deyib işinə davam edəcək.
8. Mesajlarınıza uzun-uzadı cavablar yazdığı zaman...
Yazdığınız bütün mesajlara cavab olaraq "poema" yazırsa, o qadına vaxt ayırmağa dəyər. Düşünün, bu qədər rəngarəng dünyanı qoyub balaca bir ekrana min dəfə toxunmağın başqa adı varmı?
Əks halda "Neynəyirsən?" sualınıza "Heç" cavabı yaza bilərdi, ya da cavabı "twk" olardı. (Siz də heç vaxt "Neynəyisən?" qədər qısa mesajlar yazmayın)
9. Əsas məsələ; gözlərinizə baxır...
Bir qadın gözlərinizin içinə baxırsa, baxırsa, baxırsa... Artıq sizə vurulub. Hətta ürəyindən öpülmək də keçir. Yox əgər siz danışanda nəsə yeyirsə, alnına ovuşdurusa, telefonla oynayırsa, siz cütlük yox "qardaşsız".
Mia.az
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub