Emin Əmrullayev Mia.az-ın sualına cavab verdi: "Belə məktəblərdə təhsilin təşkili elə asan deyil"

img

16-05-2023 [17:46]


Elm və təhsil naziri Emin Əmrullayev bugünki brifinqdə Mia.az-ın əməkdaşının sualını cavablandırıb.

Mia.az xəbər verir ki, əməkdaşımızın "Ucqar yerlərdə təhsilin təşkilində problemlər var, bunların həlli üçün hansı tədbirlər görülür, yaxın hədəflərdə hansı addımlar nəzərdə tutulur?  Jurnalist həmkarımızdan biri belə, məktəblərdən birində könüllü olaraq dərs keçir", - sualına nazir belə cavab verib: "Ucqar yerlərdə təhsilin təşkilində hər zaman müəyyən tədbirlər həyata keçirilir. Amma təbii ki, 6-7 şagirdi və 14 nəfər müəllimi olan məktəblərdə təhsilin təşkili elə asan deyil. Amma bütün hallarda bu məsələ nəzarətimizdədi və belə yerlərdə təhsilin səviyyəsinə də xüsusi diqqət yetiririk".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR