Şirvanda sakinlərlə növbəti səyyar görüş keçirilib - FOTOLAR
13-05-2023 [09:55]
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Mia.az xəbər verir ki, səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri qarşısında çıxış edərək, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə görüş iştirakçılarını və şəhər sakinlərini təbrik edib. Öz müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, mənalı və şərəfli ömür yolundan danışıb, ötən gün Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri və konsert proqramları barədə məlumat verib. Keçirilən hər bir tədbirin dünya miqyasında tanınmış siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən danışıb, ömrünü xalqına həsr edən, dövləti üçün misilsiz xidmətlər göstərən Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu, daim ehtiramla yad edildiyini bildirib.
İltizam Yusifov bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində şəhər rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını diqqətə çatdırıb.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə, şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək həlli nəzarətə götürülüb.
Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub