Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

img

12-05-2023 [11:28]


Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR