Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-05-2023 [00:12]
Qoç - yaradıcı və işgüzar potensialınız güclənəcək. Cari işlərin düzəninə yeniliklər və təkmilləşdirmələr etmək olar. Dəqiqlik, konsentrasiya və sürətlənmə tələb edən işi planlaşdırmayın. Emosiyalarınıza hakim olsanız, yaxın ətrafınızdakı insanların halını anlasanız, uğur əldə edəcəksiniz. Günün ikinci yarısı çoxdan nəzərdə tutduğunuz işin gerçəkləşdirilməsi üçün uğurlu vaxtdır. Axşam saatları narahat, qarğaşalı ola bilər. Cavab aradığınız sual sizə tam aydın olacaq. Cavabı tapacaqsınız, amma o cavab sizə lazım idi?
Buğa - nüanslara və xırdalıqlara diqqət yetirin. Vacib və təxirəsalınmaz hesab etdiyiniz məsələni dərhal həll edin.
Əhvalınız motivasiyanız dəyişə bilər. Yaxın ətrafınızla bahəm, sizin üçün də çətin saatlar başlanır. Səhhətinizdə problem, etibar etdiyiniz insanlarla münasibətlərdə sərinləşmə yarana bilər. Səbrli və təmkinli olun, başqalarının problemlərini anlamağa çalışın. Amma öz probleminizi də unutmayın. İşlərlə təkbaşına məşğul olmaq optimal çıxış yoludur. Bununla belə, təmas və ünsiyyətlərdə laqeyd, təşəxxüslü olmayın, münasibətləri pozmayın. Tərəfdaşı narahat edən nəsnəni müzakirə edin. Alış-veriş üçün əlverişli gün olsa da, bədxərclik etməyin.
Əkizlər - mövcud situasiyada dumanlı məqamlar var. Çoxluğun maraqları çərçivəsində hərəkət etmək ən yaxşı seçim variantı deyil. İmkanlarınızı və şanslarınızı əldən verməyin, münasibətləri sıxlaşdırmağa rəvac verə biləcək nüanslara laqeyd qalmayın. Rəğbət, xüsusi diqqət təzahürləri istisna deyil. Şəxsi münasibətlər müstəvisində diqqətli və həssas olun, qarşı tərəfi səbrlə dinləyin. Eqoist davranmayın. İşlə bağlı məsələlərdə fırıldaq və yalan qurbanı olmayın. Sadəlövhlük etməyin, deyilənlərə dərhal inanmayın. Müqavilə və ya anlaşmada, sənədləri imzalayanda sonrakı situasiyanı, nəticələri düşünün.
Xərçəng - qəribə, anlaşılmaz gündür. Bir-birlərinə həddən ziyadə bənzəyən variantlar arasında seçim etməli olacaqsınız. Hadisələrin sayı artır, görüləsi işlərin intensivliyi çoxalır. Səhhətdə problemlərin yaranması, virusa yoluxmaq riski var. Dəqiq motivasiya və konkret fəaliyyət planı yoxdursa, yorğunluq sizi bihal edə bilər. Başladığınız işlərin sayını məhdudlaşdırın, işlərinizə kiminsə müdaxilə etməsinə imkan verməyin. Günün ikinci yarısı bir qədər çətin olacaq. Problemi vaxtında hiss etmək üçün sayıq olun. Təzyiq, iddia, daxili gərginlik səviyyəsini aşağı salın. Əlavə çətinliklər yaratmayın. Axşam saatlarını yalnız istirahətə həsr edin.
Şir - hövsələsizlik və tələskənlik etməyin, cari işlərlə məşğul olun. Fəaliyyət sahəsini genişləndirmək və yeni işlərlə məşğul olmağı düşünmək üçün əlverişli vaxtdır. Təkliflər, məlumat mübadiləsi, xidmət və servislə bağlı müzakirələr yaxın gələcəkdə yeni perspektivlər yarada bilər. Yeni tərəfdaş, layihənizi genişləndirmək və ya gördüyünüz işi tez başa vurmaq üçün şərik arayın. Evdə qayda yaradın, hisslərinizi nizama salın. Emosiyalarda təmizlənmə, aramlı davranmaq və hadisələrin təhlili daxili sakitlik, rəvanlıq hissləri yaradacaq. Şəxsi münasibətlər müstəvisində qarşılıqlı anlaşmaya can atın. Axşam saatlarında qüvvənini bərpa edin, yorğunluq hissindən qurtulmağa can atın.
Qız - narahat, müəyyən mənada naqolay gündür. Buna rəğmən, əvvəlcədən planlaşdırdığınız işlərin gerçəkləşdirilməsinə başlayın. Tərəfdaş və ya şəriklə konkret məsələni müzakirə edərək əlavə gəlir mənbəyini tapmaq, yaxud gəlirin mövcud səviyyəsini artırmaq olar. Səxavətli olun, ümumi planlar qurun. Güzəşt və kompromissə ehtiyac var. Nəyisə qurban vermək, sizin üçün əlverişsiz şərtlər və ya situasiya ilə barışmalı olacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Qətiyyətli, inadkar və əzmli olun. Səhhətinizə fikir verin. Ev işlərinə izafi diqqət yetirməyə dəyməz. Amma o işlər vacibdirsə, digər sahələrdəki fəaliyyətin tempini bir qədər aşağı salın.
Tərəzi - ayın ən uğurlu günüdür. Yaxşı tanıdığınız insanlarla görüş və ya maraqlı insanla tanışlıq önəmli layihənin, ciddi işin və ya mənfəətli əməliyyatın ilkin mərhələsinə çevrilə bilər. Əməkdaşlıqla bağlı cazibədar təkliflər alınacaq. Səfər, yeni informasiya axını və xoş təəssüratlar istisna deyil. Bu günün ideyaları yaxın gələcəkdə sərfəli, xeyirli olacaq. Sonradan reallaşdırmaq üçün həmin ideyaları unutmayın. Hadisələrin gərəkli istiqamətdə inkişafına nail olmaq üçün konkret addımlar atın. Günün ikinci yarısında alış-veriş etmək sərfəlidir. Axşam saatlarında dostlarla görüşün.
Əqrəb - çox mühüm, önəmli hadisələr vəd edən gündür. Faydalı əlaqələr və münasibətlər yarana bilər.
Yaranacaq problemlər sizi gərəkli insanlarla tanış edə bilər. Təmaslarla yeni əlaqələrin maraqlı potensialı var. Müzakirə edilən məsələlərin spektrini geninləşdirin. Həmsöhbətinizə mövzu barədə tam danışmasına imkan verin, onunla planlarınızı bölüşün. Səxavətli olun. Yaxın ətrafınızdakı insanlar üçün faydalı ola biləcək əşyanı onlara verin. Günün ikinci yarısı romantik görüş və ya ünsiyyət üçün sərfəlidir. Güzəştə gedin, tərəfdaşın və ya əziz insanın istəklərini yerinə yetirin. Onun əhvalındakı dəyişiklikləri qismən də olsa, təxminləməyə səy göstərməyə çalışın.
Qarşı tərəfdən səmimiyyət tələb etməyin.
Oxatan - çoxsaylı, amma kiçik işlər günüdür. Qayğılar, xahişlər, tələblər və xəbərlər çox olacaq. Tələsməyin, fikirlərinizi cəmləyin, diqqətli olun və yalnız lazım bildiyiniz zaman təkrar əlaqəyə yol verin. Nəqliyyat vasitəsinin normal çalışmasına və təhlükəsizliyinizin təminatına ciddi fikir verin. Yaşam sizin durumunuz, səhhətiniz və istəklərinizi nəzərə almayaraq qarşınızda yeni məqsədlər qoyur. Ailədəki və evdəki durumdan çox şey asılıdır.
Ailə münasibətlərini maraqlı baxışlar və kənar təsirlərdən qoruyun. Yaxınlarınızla sərt mübahisələrə başlamayın. Ünsiyyət və təmaslarda enerji tələb olunacaq. Yaxın ətrafınızdakı insanlarla dil tapın, ümumi maraqları aşkarlayın. Belə olarsa, dağı dağ üstə qoymaq olar.
Oğlaq - təəssüratlar və yeniliklər bol olacaq. Baş verənlərə laqeyd yanaşmayın, yaşananların məzmununu anlamağa və situasiyanı dərk etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım gözləyir. İşdə isə qarşınıza yeni tapşırıqlar və məsələlər qoyulacaq. Onları həll etməlisiniz. Maraqlarınızı və vaxtınızı qorumaq üçün çevik davranmasanız, çox sərt tənqidlərə məruz qala bilərsiniz. Superemosional, gərgin anlar yaşanacaq. İşlər qaydasında olacaq. Çətin təsir bağışlayan maneələri dəf etməyə çalışın. Sevdiyiniz və yaxın hesab etdiyiniz insanların hisslərini sınağa çəkmək fikrinə düşməyin. Yol verilən səhvləri aradan qaldırmaq asan olmayacaq.
Dolça - tamah, ehtiras və emosiyaların qurbanı olmayın. Maliyyə imkanları və fiziki səylərinizi məntiqsiz işlərə sərf etməyin. Soyuqqanlı və təmkinli davransanız, məqsədinizə çata bilərsiniz. Olanları qaydaya salın, durumu nizama salın. Cari işləri dəqiq planlaşdırın, onları yarımçıq qoymayaraq başa vurun. Diqqətli olun, sayıq davranın. Yaxın perspektiv üçün hesablanmış işləri indidən planlaşdırmağa başlayın. Yeniliklərə hazırlaşın. Sizə istəmədiyiniz və arzulamadığınız işi tapşıra bilərlər. Etiraz etməyin, işə başlayın. Axşam saatlarında istirahət edin, əsəblərinizi sakitləşdirin. Şəxsi münasibətlər müstəvisində romantik durumdur. Qarşı tərəfin istəklərini və gizli saxladığı hissləri nəzərə alın.
Balıqlar - uğurlu və əlverişli gündür. İntuisiyanızın səsini dinləyin. Ən önəmli məsələləri seçin, ikinci dərəcəli məqamları arxa plana salın. İnformasiya axtarışı, sirlərin açılması müsbət nəticə verəcək. Ehtimallarınızın bəziləri doğrulacaq. Yaxın ətrafınızdakı insanların bəziləri güman etdiyiniz kimi davranacaq. Günün ikinci yarısında görəcəyiniz iş və yerinə yetirəcəyiniz layihəni planlaşdırın. Yaradıcılıq energetikasının artımını gözləyin. İnsanlar sizdən yardım və dəstək istəyəcəklər. Fəqət, yalnız öz işlərinizi başa vurandan sonra onların problemləri ilə məşğul olun.
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb