Bakıda qısqanclıq üzündən daha bir dəhşətli qətl: 46 yaşı kişi 40 yaşlı arvadını öldürdü

img

10-05-2023 [13:06]


Bakıda 40 yaşlı qadın qətlə yetirilib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA