İŞİD-çi qadınlar hansı haqla hökumətə ultimatum verir?
10-05-2023 [09:48]
Vaxtı ilə ərləri ilə bərabər İŞİD terror təşkilatına qoşularaq Suriya və İraqda baş kəsən, qan tökən, bir sözlə, hər amansızlığı edən bir qrup azərbaycanlı qadınlar ömürlük həbsdə olduqları İraq və Suriya həbsxanalarından hökumətə ultimatum veriblər.
Dediklərinə görə, bir dəstə zövceyi-vəhhabiyi-səlafi qalıb Suriyada, hərəsinin də 4-5 uşagı böyründə. Deyirlər ki, bizim dövlətin canı çıxsın, gedib gətirsin onları Vətənə.
Bu dindarlar çox məzəli adamlardı. Onları dinlədikcə, bilmirsən, güləsən, yoxsa aglayasan. Videoya baxıram, fəal zənənlərdən biri, səsini başına ataraq bizə göstəriş verməyə, hökuməti hədələməyə cürət edir. Deyəsən, Suriya ilə Azərbaycanı səhv salıb.
Adama deyərlər, xeyir ola, ay zövceyi-cihadi-cənnətiməkan? Səni o qəriban ellərə, cəlayi-Vətən olmaga bizmi göndərmişik? Nə qeyzlənirsən üstümüzə?
Sənə bizmi dedik get, arvadını, uşaqlarını Suriya küçələrində ortaya qoy?
Bəs bimirdin ki, din adıyla artistlik edən bir dəstə arvad hərisi dörd gözlə, agzının suyu axa-axa sənin halal arvadını, sütül qızını, hələ həddi-buluga çatmamış oglunu gözləyir orada? Çatan kimi “döyüşdə öldü”, deyə ailəni fırladaraq tinin birində səni xosunvay edəcəklər, meyidin soyumamış qızını soyunduracaqlar? Oglunu təlim düşərgəsinə basıb, arvadını da cariyə bazarına çıxaracaqlar? Bilmirdin? Bilirdin. Elə burada, sənin gözünün qabagında idi vəhhabi, səlafi, daha nə bilim kimlərin din adı altında qadınları necə əldən-ələ verdiyi, bir-birinin arvad-uşagına, azyaşlı qızlarına göz dikdiyi. Bunları təkcə sən bilmirdin. İndi bizə niqabın altından qiyyə çəkən zövcələriniz də bilirdi.
Minbir yolla çıxırdınız ölkədən. Gah rüşvət verirdiniz, gah saxta sənəd düzəldirdiniz. İndi nə oldu, Vətən xoroşo?
Mən sizə deyim, bu qövmün bir ara çövlani-meydan vaxtları var idi. Sonra gözünə döndüyüm hökumət bir-bir hamının qazını aldı, dənlədi bunları. Tökülüşüb getdilər Suriyaya cihad etməyə. Ha dedik, başqa dövlətin ərazisində döyüşmək qanun pozuntusudu, dinləmədilər. Arvadları özlərindən betər, cihad üçün yaxasını cırdı. Gedənlərə başa salmaga çalışdıq ki, ora arvad-uşaq yeri deyil. Hələ üstəlik, siz vəhhabilərin bir-birinizin ölən arvadını elə meyid soyumamış özünüzə həlali-övrət etmək kimi tünd xasiyyətiniz var, yapmayın-etməyin. Öləcəksiniz oralarda, arvad-uşagınız o qərib ellərdə ortalıqda qalacaq, əldən-ələ düşəcək, amandı.
Kimə deyirsən. İndi baxın, zövcələr bizə ultimatum verir ki, nə qədər qadın və uşaq qalıb oralarda, gedin gətirin. Biz daşürəkli deyilik, əlbəttə, qadınlarımıza, onların uşaqlarına sahiblik etməyə qeyrətimiz çatır, əlhəmdülillah.
Amma bir xamuş olun, yahu! Bu nəyin övkəsidi? Haraya qaçırıq? Asan deyil-e, dediyiniz prosedurlar. Siz buradan qaçışınız ola bilər, asan başa gəlib. Amma dönüşünüz elə möhtəşəm deyil axı. O üzdən, qışqırıb adamın baş-qulagını aparmayın.
Məni uşaqlar, xüsisilə oglan uşaqlarıyla baglı vəziyyət çox düşündürür desəm, inanın ki, çox səmimiyəm. Burada həqiqətən qəliz vəziyyət var. Oglan uşaqlarını körpə vaxtlarından təlim kamplarında böyüdüblər. Təhsil yox. Öyrəndikləri vərdişlər döyüş fəndləri, silahlarla tanışlıq və siqaret çəkməkdi. Bunları ölkəyə gətirib harada, hansı şərtlərlə yetişdirəcəklər?
Qadınlara gəincə, burada olan arvadların qiyyəsindən iki gündü, qulagımız batıb. İndi görün, oradan gələn zənən tayfası necə meydan sulayacaq. Mən bu məsələyə də iki gündü fransız qalmışam, vicdan haqqı.
Bir əmma da var. Hətta mən deyərdim ki, işin qaranlıq tərəfidi: vəhhabi-səlafi və digər qövmlər normalda arvad tayfasını adam yerinə qoymadıqları halda indi niyə onları qabaga veriblər? Niyə belə etiraz tədbirlərini kişilər keçirmir? Orada qalan arvadların valideynləri, ailəsindəki kişilər haradadı görəsən? Niyə səsləri çıxmır? Yaxşı deyil axı. Əvvəla, arvadları göndərirsiniz meydana, onlar da dinə namünasib formada küçədə səsini başına atır. İkincisi, Suriyadakı qadınların ölkəmizə qayıtmasından qazanan elə siz kişilər olacaqsınız. Gələn kimi hərəniz bir-iki zənəni özünüzə arvad edib cənnətiməkan olacaqsınız. Elə isə səsiniz çıxsın da.
Uzun sözün qısası, yıgışdırın zövcələrinizi küçələrdən. Həm dini-namünasibdi, həm də arvad tayfasıdı da, aglına gələni danışır. Ay nə bilim, Dubayda, Türkiyədə bizim qadınlar neylədilər, filan-peşməkan. Yəni, çox da şey eləsələr, mən də onlara deyərəm ki, Suriyaya seks-cihada gedən qadınlarla Dubaya, Türkiyəyə seks-travelə gedən qadınlar arasında şəxsən mənim üçün heç bir fərq yoxdu.
Allahü-məsəllə-min-qövlən-rəhim (yəqin düz yazdım).
Zülfiyyə Mustafayeva
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub