Fərid İrana nə üçün lazımdı?
09-05-2023 [11:50]
Eltural Mürsəlzadə
***
İranın Azərbaycana ideoloji hücumları davam edir. Baxmayaraq ki, Azərbaycanda igtişaşlar yaratmaq niyyətilə həyata keçirilən bu işlərin ideoloqlarının özünün də arasında hazırda fikir ayrılıgı yaranıb, bütün hallarda İranın xarici siyasətində Azərbaycana münasibəti dəyişdirən hadisələrin baş verməyəcəyindən əmin ola bilərik.
İran ideoloqlarının bizim ölkədəki tərəfdarlarının beyninə yeritdiyi, Azərbaycanın İranın 26-cı vilayəti olduguna dair sərsəm tesiz heç vaxt dəyişməyəcək. Ən azından molla rejiminin hakimiyyətdə oldugu müddətdə İran bizimlə mühasibətləri gah isti, gah soyuq müstəviyə keçirməkdə davam edəcək.
Amma imkan vermək olmaz ki, molla rejiminin təhdid dairəsi genişlənsin. Məsələn, son günlərdə azərbaycanlı tələbə Fəridin İran həbsxanasında öldüyünə dair məlumat yayılmaqdadı. Təbii ki, İran tərəfi susur. Amma bu qeyri-müəyyənliyin özü də açıq göstərir ki, molla rejimi bizim cəmiyyti gərginliyə salmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır.
Ümumiyyətlə, Fərid İrana nə üçün lazımdı, sualına cavab tapmaq asan deyil. Ən azından ona görə əlimizdə kifayət qədər məlumat yoxdu. Texniki əhəmiyyətli informasiyalar isə Fərid hadisəsinin mahiyyətini anlamaqda çətinlik yaradır. Ümumiyyətlə, Fəridin sıradan bir tələbə oldugunu nəzərə alsaq, bu İran hökumətinin hazırda kölgəsindən belə qorxaraq mövcud oldugu təsəvvürünü yaradır.
İranın ölkəmizdəki casus şəbəkəsi son 3 ayda ciddi itkilərə məruz qalıb. “İslam Müqavimət Hərəkatı” adlanan igtişaş qrupunun təşkilatçılarının İranın özündə həbs edilməsi fərqli yorumlar almaqdadı. Onsuz da regionda peşəkarlıq baxımından ciddi qəbul edilməyən İran xüsusi xidmət orqanlarının içərisinə köstəbəklərin sızdıgına dair informasiya ölkəmizdəki “islam müqavimətçiləri”ni ciddi silkələyib. Əslində “islam müqavimətçiləri”ni yaradan, maliyyələşdirən elə İran idi. Görünür, Azərbaycanın artan nüfuzunun fonunda bu “müqavimətçilər” hələ bundan sonra çox sönük qalacaqlar.
Həftənin əvvəlində İran bizim Təbriz konsullugunda olan diplomatlarımızı arzuolunmaz şəxs (persona non-qrata) elan etdi. Balaca uşagın çırnamasına bənzəyən bu addımla bir az özgüvən yaratmaq istəyən müsəlman qonşumuz ölkədaxili vəziyyəti az da olsa, sabitləşdirməyi hədəflədiyini gizlətmir. İran başa düşür ki, “Məhsa hərəkatı”nı bogsa da, daxili gərginliyi yumşalda bilməyib və hər vasitə ilə vətəndaşının xoşuna gəlmək istəyir. Bunu bir növ “qonşunun əlinə oynamaq” kimi də yozmaq olar.
İranın hər fürsətdə Azərbaycanın üzərinə dartınması da əslində şərti refleksdi: qorxu hissi keçirən molla rejimi hücum vəziyyəti alaraq duruma nəzarət etmək istəyir. Amma daxili sosial dayagı olmayan rejimin heç bir hucum planı real ola bilməz.
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub