150 nömrəli məktəbdə “Qızıl örnək” adlı tədbir keçirilib - FOTO

img

09-05-2023 [11:38]


Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik ildönümünə həsr olunmuş “Qızıl örnək” adlı tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin qonaqları Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Yeni Azərbaycan Partiyası Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev öz çıxışları ilə zalda əyləşən hər kəsə dərin məlumatlar veriblər.

Daha sonra şagirdlər Ulu öndər Heydər Əliyev haqqında dəyərli fikirlərini söyləyərək şeir və mahnılar ifa ediblər.

Sonda məktəbin direktoru Səfərova Pərvanə çıxış edərək tədbirdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirib və gələn qonaqlara "Təşəkkürnamə" təqdim edib.

MİA.AZ

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR