Hamının gözlədiyi qərar verildi: Prezidentdən 100 illik hədiyyə - Politoloq yazır
08-05-2023 [12:07]
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib.
Ən böyük əfv aktı
Ölkə Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması, həmçinin amnistiya aktlarının qəbul edilməsi uzun müddətdir ki, ənənə halını alıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub. Bu mənada Prezident İlham Əliyev Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə də əfv Sərəncamı imzalaması gözlənilirdi.
Bunun ilk göstəricisi isə ölkə başçısının Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı imzaladığı sərəncamla 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi idi. "Heydər Əliyev İli" çərçivəsində böyük tədbirlər planının hazırlanacağı və burada bir çox məqamların öz əksini tapacağı istisna deyildi. Həmin tədbirlər planı çərçivəsində 2023-cü ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamı imzalanması da ehtimal edilirdi.
Belə də oldu.
Lakin budəfəki əfv qərarının bundan öncəkilərdən başlıca fərqi şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı olmasıdır.
Dövlət humanizmi
Prezident İlham Əliyevin Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Respublikanın tarixində qəbul edilmiş ən böyük əfv aktı olması ilə yanaşı həm də böyük humanizm və tolerantlıq nümunəsidir.
Belə ki, bir çoxları həbsxanalara insanları tərbiyələndirmək, islah etmək üçün bir məkan, obyekt kimi baxsa da, təcrübə göstərir ki, insanları dörd divara məhkum etmək əksinə, onları daha da aqressivləşdirir, psixologiyalarında cəmiyyətə qarşı inamsızlıq və qəzəb formalaşdırır. Həbsxanalar həm də bir çox insanın fiziki və mənəvi-psixoloji sağlamlıqlarına zərbə vurur. Xüsusilə təsadüfən, bilmədən, istəmədən, şüurlu surətdə olmadan yüngül cinayət törətmiş və bundan səmimi-qəlbdən peşman olan insanlar bu vəziyyətlə daha çox üzləşir.
Belə insanların cəmiyyətə qazandırılması üçün əfv sərəncamlarının imzalanması olduqca vacibdir. Bütün cəmiyyətlərdə və bütün dinlərdə bağışlamaq, əfv etmək böyüklük kimi xarakterizə edilir.
Turan Rzayev,
Politoloq
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub