Nazir: "2023-cü ilin dövlət büdcəsinə dəyişiklik zərurəti yaranıb"

img

06-05-2023 [10:19]


"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi zərurəti yaranıb".

Mia.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, əsas istiqamətləri Prezident öz çıxışında göstərib: "Bunlar Böyük Qayıdış proqramına uyğun layihələrin maliyyələşdirilməsini sürətlə həyata keçirmək, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Odur ki, büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa digər məsələlər də dəyişikliklərdə əksini tapacaq”.

Samir Şərifovun sözlərinə görə, büdcəyə dəyişikliklər layihəsi mayın 15-də parlamentə təqdim olunacaq.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR