Sumqayıtda cibgir tutulub

img

05-05-2023 [10:24]


Sumqayıtda cibgirlik etməkdə şübhəli bilinən şəxslər tutulub.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması və sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Tural Abbasov və Yavər Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA