Məşhur "The Economist" "Ərdoğan getməldiir" yazdı... - Ərdoğanın ətrafından sərt reaksiyalar verildi (Açıqlamalar)
05-05-2023 [10:17]
Dünyanın aparıcı iqtisadi nəşrlərindən olan Böyük Britaniyanın "kilid siyasi baxışları"nın gizləndiyi iddia olunan məşhur “The Economist” jurnalının üz qabığında “Ərdoğan getməlidir” manşeti Türkiyənin rəsmi etirazına səbəb olub.
Mia.az xəbər verir ki, jurnalın bu çağırış xarakterli təhlilə Türkiyə hökuməit tərəfdən kəskin reaksiyalar verilib.
“2023-cü ilin ən mühüm seçkisi” adlandırılan üz qabığında “Ərdoğan getməlidir”, “Demokratiyanı xilas et” və “Səs ver” sözləri yazılmış stikerlərə Türkiyə XİN başçısı, Ədliyyə naziri və AKP sözçüsü və Ərdoğanın mətbuat katibi tərəfdən sərt münasibət bildirilib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Tviter-də yazıb: "Ekonomist" dərgisinin bu gün yeni sayı nəşr olunub. Bu seçki ilə bağlı "2023-ün ən önəmli seçkisi" başlıını manşet ediblər. Yazıda "Ərdoğan getməldiir" dieyirlər. Bunlar Türk milləti adına qərar verir və ya Türk millətine ağıl verməyə çalışırlar. Millətimiz bunlara mayın 14-də cavab verəcək".
Çavuşoğlu digər tvittində isə belə etiraz edib: "Ərdoğan niyə getsin, bunun sənə nə ziyanı olacaq. Ərdoğan bu gün olmasaydı, dünya ərzaq böhranı yaşacaqdı. Bu gün Ərdoğan və Türkiyə olmasaydı, Avropanın təhlükəsizliyi təhlükədə olardı. Niyə bir ölkənin daxili siyasətinə qarışırsınız?.
Almaniya YSK-dan (MSK) icazə aldığımız məntəqələrdə seçki qutularını açmağa icazə vermədi. Həmişə müdaxilə etmək istəyirlər. Mənim də “The Economist”in növbəti sayında dərc olunacaq məqaləm var idi. Mən məqaləmi geri götürürəm. Türkiyənin daxili işlərinə sərhədsiz qarışanlarla işimiz yoxdur. Millətimiz lazımi cavabı mayın 14-də verəcək”.
Ədliyyə naziri Bəkir Bozdağ isə Tviter-də belə paylaşım edib: "The Economist deyir: "Ərdoğan getməlidir". Soruşuram, "The Economist"mi Ərdoğanın gedişinə qərar verəcək? "The Economist", Ərdoğanın getməsi sizi niyə əsəbiləşdirir?..."
AK Partiya sözçüsü Ömər Çelik isə bildirib ki, Qərb jurnalları və qəzetləri Türkiyədəki siyasi proseslərə təsir etmək üçün yenidən səfərbər olublar: "Yenə də cənab prezidentimizin əleyhinə şərhlər yazılıb. Halbuki, onlar dərsini almalı idi. İndiyə qədər heç bir məsələdə təsir edə bilməyiblər. Yenə də eyni aqibəti yaşayacaqlar"
Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın sosial media hesabından Qərbin yenidən həyəcanlandığını yazıb: "Yenə həyəcanlanıblar. "Yeni hökumət Qərblə pozulmuş münasibətləri düzəldəcək” deyirlər. Mən bu dili, ritorikanı və hansı kontekstdə deyildiyini bilirəm. Sakit olun. Ölkəmə əmr verdiyiniz günlər geridə qaldı. Son sözü seçki qutusunda xalq deyəcək".
Lamiyə
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub