İlkin Süleymanova 20 il həbs cəzası tələb olundu

img

04-05-2023 [09:48]


Dünın Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi keçirilib.

Mia.az xəbər verir ki, hakim Dadaş İmanov məhkəmə istintaqının artıq başa çatdığını elan edib.

Bundan sonra prokuror çııxş edərək, İlkin Süleymanova 20 il həbs cəzası tələb edib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi işi üzrə kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham edilir.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR