İtaliya liqası: "İnter" rəqibini darmadağın etdi - Hakan elə bir qola imza atdı ki... (FOTO)

img

04-05-2023 [00:47]


Bu gün Türkiyə millisinin oyunçusu Hakan Çalhanoğlunun formasını geyindiyi İtaliya A liqasında "İnter" səfərdə "Verona" ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyun "inter"in 6-0-lıq qələbəsi ilə başa çatıb.

Oyunda qolların 3-ü ilk hissədə, digər 3-ü isə ikinci hissədə vurulub.

Matçda ən gözəl qola isə Hakan Çalhanoğlu imza atıb. Onun 36-cı dəqiqədə 30 metrdən vurduğu möhtəşəm zərbənin qarşısında qapıçı aciz qalıb, azarkeşlər isə bu qolu ayaqda alqışlayıb.

Bu qələbə sayəsinə "İner" 60 xalla 4-cü pilləyə yüksəlib, "Verona" isə 18-ci yerdə qalıb.

Onu da qeyd edək ki, Hakan Çalhanoğlu "İnter"in heyətində 41 rəsmi oyuna çıxıb. Bazar dəyəri 35 milyon avro olan Hakanın müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Fərid

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR