Xırdalanda 36 yaşlı ər 32 yaşlı arvadına çoxsaylı bıçaq zərbələri endirib

img

03-05-2023 [09:20]


Xırdalanda ər arvadını bıçaqlayıb.

Mia.az xəbər verir ki, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində kirayədə yaşayan 1987-ci il təvəllüdlü Ş.Kərimov həyat yoldaşı 1991-ci il təvəllüdlü R.Kərimovaya bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə zərbələr endirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA