Qarabağ zonasında daha 4651,45 hektar ərazi minadan təmizlənib

img

02-05-2023 [10:44]


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR