Kür-Bakı magistral su kəmərində qəza oldu - Magistral yolu su basdı (VİDEO)

img

02-05-2023 [10:23]


Kür-Bakı magistral su kəmərində qəza olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR