“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib - FOTOLAR
02-05-2023 [10:12]
Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva , YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini Kamal Məmmədov, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri Şahin komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan edilib.
İlk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Natiq "Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayaraq komandaların hər birinə uğurlar arzulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirin əhəmiyyətini vurğulayaraq komanda üzvülərinə uğurlar arzuladı.
Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparıblar. Sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb. Yarışda 300-dən çox yeniyetmə və gənc iştirak edib.
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub