DİM-in işçi qrupunun üzvləri ilə Elm və Təhsil Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
01-05-2023 [18:00]
Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Elm və Təhsil Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
DİM-dən Mia.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarına əsasən 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən imtahan verməlidirlər. Bu məqsədlə DİM-də müəyyən hazırlıq işləri görülüb.
Görüşün məqsədi imtahanın məzmunu ilə bağlı materialların birgə müzakirəsi olub.
İclasda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva qəbul proqramı və imtahan modelinin 2021-ci ildən hazırlanaraq DİM-in rəsmi saytında yerləşdirildiyi haqqında məlumat verib. O, qeyd edib ki, qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil olunub və proqrama əsasən imtahan modeli formalaşdırılıb. Həmçinin o, imtahana hazırlaşanlara metodik köməklik baxımından 2022-ci ilin iyun ayında çapdan çıxmış “İnformatika” vəsaiti (Azərbaycan və rus dillərində), 2022-2023-cü illərdə otk.az portalında onlayın və 12, 19 fevral 2023-cü il tarixlərində kağız daşıyıcısı üzərində keçirilmiş sınaq imtahanları haqqında məlumat verib.
Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev test bankının formalaşması haqqında çıxış edib. O, qeyd edib ki, fənn üzrə “Test toplusu” üzərində də iş gedir.
İclasda həmçinin DİM-in informatika fənni üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Tibb Universitetinin dosenti, f-r.e.n. İsmayıl Qafarov, dərslik müəllifi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri f-r.e.n. Fikrət İbiyev, AMEA-nın aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimləri Anar Rəşidov və Yadigar Əliyev çıxış edərək imtahanın məzmunu ilə bağlı fikirlərini bildiriblər.
Görüşdə Elm və Təhsil Nazirliyi tərəfindən Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova, “Alqoritmika Azərbaycan” MMC şirkətində dövlət yönümlü layihələrin rəhbəri Qəmər Məmmədova, “Rəqəmsal bacarıqlar” layihəsinin metodisti, təlimçi Nübar Əsədova, Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbin müəllimi, “Rəqəmsal bacarıqlar” layihəsinin metodisti Nərminə Musayeva iştirak ediblər. Onlar DİM tərəfindən imtahanın məzmunu ilə bağlı hazırlanmış materiallar haqqında fikirlərini bildirib, təkliflərini veriblər.
Görüşdə gələcəkdə bu sahədə birgə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub