Strateji Obyektlərin Mühafizəsi Agentliyi hərbi xidmətə qəbul elan edib
01-05-2023 [14:28]
Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Dövlət Agentliyindən Mia.az-a bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 sm-dən aşağı olmayan (təsdiq edici sənəd təqdim etmiş Vətən Müharibəsi iştirakçıları boyu 1.80 sm-dən aşağı olmayanlar) və 25 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) mayın 8-dən mayın 19-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir. Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir: - şəxsiyyət vəsiqəsinin əsli və surəti, hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti, bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.
Namizədlər mayın 8-dən mayın 19-dək təyin olunan günlər (bazar ertəsindən cümə gününədək, digər günlər istisna olmaqla) saat 15.00-dan 18.00-dək müraciət edə bilərlər.
Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur”.,
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub